İstəmərəm məni belə görəsən
Luna tərəfindən "Şeir" bolməsinə 17:53 21 yanvar 2016 tarixində əlavə olunmuşdur

İstəmərəm məni belə görəsən

Cavan bədənimdə ruhum qocalıb

Sinəmdə dolaşan ah kabusları

Buzadan divar tək ətrafımı sarıb.

 

İstəmərəm məni belə görəsən

Gözlərimdə məna yoxdur o,vaxtdan

Saçlarıma yavaş-yavaş dən düşür

Xoşbəxtlikdə mənə baxır uzaqdan.

 

İstəmərəm məni belə görəsən.

Gülüşümü yanağımdan yaş yuyub

Payızın sarısına bələnən xatirələr

Səsizləşib bir kənarda uyuyur.

 

İstəmərəm məni belə görəsən

Bir tərəfim məni çoxdan tərk edib

Səndən əl çəkdim bunu biləsən.

Səni sevməməksə əlimdə deyil.

 

İstəmərəm məni belə görəsən

Qarşımda dərtlərdən bir dağ yaranıb.

Yaralarıma dplaşan bu qara ilan

Səndən çox canıma yanır.

 

İstəmərəm məni belə görəsən

O,vüqarımdan əsər belə yox.

Hardayam? necəyəm? axı sən nə biləsən.

Ürəyində mərhəmət hissi soyuyub.

 

İstəmərəm məni belə görəsən

İçimdə ki fırtınalar məni çox yorub

Ölü bir cəsətdə qalan sevgi tək

Qışqırır məni basdır və unut

 

İstəmərəm məni belə görəsən.

Sən xoşbəxt mən bədbəxt bu lap pis olar

Hanı həyatın ədaləti bəs?

Ömrümdən get çıx get nə olar

 

İstəmərəm məni belə görəsən

Ümidim yada gücüm qalmayıb

Qəbul olmayan duaya amin dedim mən

Sən demə biz başqa yollardayıq

Qara Kapşonlu Qız


... dəfə oxunub
Qiymət: 9/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
9+9=
Hesaba giriş
Müəllif

Luna
Haqqında
Aytac Axmedova
Əlaqə
E-mail:
aytac.axmedova.2015@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0307 saniye