İstənilən hər an -2 fəsil
ANAR. (ARLİN EDEN ) tərəfindən "Hekayə" bolməsinə 23:31 15 mart 2016 tarixində əlavə olunmuşdur

İkinci fəsil

Vida

Gözümü açanda saat yeddiyə yaxın olardı, özümü çox yaxşı hiss edirdim ama yadıma düşəndə ki, gedirəm açığı bir az pis oldum . Darıxdım bir anlıq. Tez yerimdən qalxdım və tez tələsik girdim mətbəxtə və gördüm ailəmi. Halım dəyişdi yaxşı tərəfə ailəmi görəndə daha rahat oldum. Və cıxdım yuyunduqdan sonra, yenidən girdim içəri və səhər yeməyi yedim və tam hazır olmağa başladım və nəhayət hər kəsi çagırırdılar evbə-ev. Mən çıxdım küçəyə artıq bizə yaxınlaşmışdılar hərbiçilər və mən artıq cıxdım yolda idim. Küçədə Mehdinidə gördüm o da gəlirdi başqalarıyla .Açığı mən heçnə bilmirdim haraya getdiyimizi . Çox qəribədi ama mənə elə gəldiki artıq mənim nə deyəcəyim heç kimə maraqlı deyildi, çünki artıq azadlıqdan söhbət gedə bilməzdi. Vətən-vətəndi hər kəs onu qorumalıdır.Biz gedirdik artıq yolda idik, yüz metrəyə yaxın uzaqlaşmışdıq ki, hansısa səslər eşitdim və yolun sağına baxanda gördüm Xədicəni .O, qaça-qaça arxamızca gəlirdi, Mehdinin bundan heç xəbəri olmadı , onun heç vecinədə deyildi hara və niyə getdiyi.O, heç kədərlənmirdi və sanki razıdi hər şeylə. Ümumiyyətlə Mehdi çox qəribə insan idi. Onun demək olar kompleksləri yox idi.O, çox məhsulliyyətsiz biriydi və heç vaxt narahat olmazdı. Birdən az əvvəl gələn səs yenidən gəldi və diqqətimi cəlb etdi, baxdım bu Xədicəydi, ona dedim qayıtsın.
– Məni səni sevirəm və gözləyəcəm səni sonadək !! dedi mənə kəskin, ciddi görünürdü daha sonra yerində durdu və gedənləri izlədi. Mən ona əlimi yellədim və təbəssüm bəxş etdim. Biz xeyli yol qət etmişdik , ama hələ yorulmamışdım. Yol boyu gedəndə hər kəndtən bizə xeyli insan qoşulurdu və çox olurduq artıq Aşağı Salahlı görsənmirdi üfüqdə. Mehdi heç danışmırdı demək olar.Arada bir , oda ki mənasız sözlər idi.
Darıxdığımdan dedim Mehdiyə. – Mehdi səni heç narahat etmir hara getdiyimiz ?
– Yox axı nə fərqi var əgər getmiriksə ?
– Necə yəni getmiriksə ? gedirik axı, yoxsa qaçmaq fikrin var ? dedim çaş-baş halda.
– Bizi getmirik bizi aparırlar, dedi və gülümsədi bir az lağ mənasında. Mən susmadım və sualımı yenidən amma bu dəfə başqa cür verdim.
– Bəs bilmirsən ki, bizi haraya aparırlar ? dedim və ümüd etdim ki, sualıma cavab alaram.
– Onu deyə bilirəm ki, hələlik Şamxora kimi gedəcəyik həm də piyada. Onun doğru ya yalan deməyi heç deyildi vecimə. Onun ümumiyyətlə nəisə deməyi böyük bir şey idi. Amma əgər doğrusunu deyirsə , piyada getmək heç də yaxşı deyildi. Biz uzun yolu qət etmişdik və artıq saat gecə doqquza yaxın olardı. Deməklərinə görə biz Şamxorun mərkəzinə çatmışdıq və gecələmək üçün istirahət etmək üçün dayandıq. Ətrafımdakı insanlar başladılar oturub istirahət etməyə. Kimisi yemək yeyirdi, kimisi uzanıb dincəlirdi. Mən ədyalımı yerə, uzanacağım yerə qoydum və üstündə uzandım. Hava çox isti idi. Bir qədər sonra başladım yemək yeməyə . Yiyəndən sonra yenidən uzandım və yatdım.
– Dur-dur tez , sənləyəm nə uzanmısan ? ayılanda gördüm başımın üstündə bir zabit dayanıb və bu sözləri mənə dedi bir az qışqıra-qışqıra əsəbi halda.
–Artıq evdə deyilsən , iki dəqiqən var sənin hazır olmağa gedirik bir azdan, dedi və döndü bir iki addım atmışdı ki sual verdim.
–Haraya ? bilmək olar ? dedim özümə güvənsiz amma çox maraqlı idi bilmək haraya gedəcəyimiz. O, döndü üzümə baxdı təmkinlə və gülümsədi və dedi.
–Kiravabada, dedi və getdi, çox düşündüm. Səhərin şirin yuxusundan ayrılmağa çətin oldu. Yadıma gələr, əvvələr atam tezdən məni oyadanda deyərdi 
“ – kişi belə tənbəl olmaz, dur gedək “ .O , an içəri anam girərdi otagıma. Mən əvvələr qardaşlarımla birgə bir otaqda qalırdım qardaşlarım gedəndən sonra mən tək qalırdım indi isə o, otaq boş qalacaq. və deyərdi atama cavab olaraq
“ – Ay Rza imkan ver balam şirin yuxusunu yatsın. ” Hə indi burda nə ata nə ana var. Yalnız mən və mənim özümə məxsus fikirlərim. Düzdü burda bəlkə də iki yüz adama yaxın əsgər var idi ama mən özümü çox əzgin və tənha hiss edirdim və yalnız.
– Ehhh , çəkdim dərindən ürəkdən. Sanki məndən dərdli insan yoxdur
–Örgəş dostum , irəlidə bunnanda pis günlər olacaq, bunu deyən Mehdi idi,artıq elə halda idim ki, heçnə eşitmək istəmirdim o, ki qaldı Mehdidən nəisə eşitmək . Mən çox yubanmadan tez hazır bir vəziyyətə gəldim, və yoluma davam etdim, hər kəslə birgə. Mehdi yanımda idi.
–Müşviq bu gün bilirsən yuxumda kimi gördüm? Dedi üzümə baxaraq. Mən bilirdim ki, o nəisə mənim haqqımda deyəcək çünki onun yuxularından mənə nə ? mən onun üzünə baxaraq cavab verdim. – kimi ? ürəksiz cavab verdim.
–Xədicəni gördüm, dedi bir azda gülümsədi. Bu gülüşün arxasında mən əminəm nəisə hiylə gizlənir.
–Doğurdan ? açığı təəccübləndim o, bunu elə dediki sanki lap ürəyindən imiş.
–Hə elədə bildim ki, təəccübənəksən, dedi və əlini qarnından tutaraq qəh-qəhə çəkdi.
–Necə gördün, dedim və mən hələ başa düşə bilmirdim ki o , məni aldadır yoxsa düzünü deyir və mənim halımdan istifadə edir.
–Gördüm ki, biz sizdəyik nəisə haqda söhbət edirdik sonrası yadımda deyil
– Mehdi elə bu ? bunları mənə niyə danışırsan? Lap təngə gəlmişdim onun bu cür danışığından.
– Darıxıram ,yadıma düşdü sonrası danışım ?
–Yox nə bilim, danışmasan yaxşı olar.
–Mən əslində səni əsəbləşdirmək istəmirdim. Əgər desəydin ümümiyyətlə danışmazdım.
–Mehdi əl çək mənə maraqlı deyil, dedim əsəbi halda, yox mən o, qədər də passif birisi deyiləm sadəcə nədənsə narahatam. Həm o, komandirin tərrədüdlü baxışı,Mehdinin bu tərkibsiz mülahizəsiz söhbəti lap məni az qalsın özümdən çıxartsın.
–Necə istəyirsən , danışmaq istəmədiyini əvvəlcədən deyərdin. 
– Mehdi elə demək istəmirdim, mənim sadəcə əhvalım yoxdur,dedim və bir anda sevindim ki nəhayət Mehdi susar beş dəqiqəlik.
– Eybi yoxdur,səni başa düşürəm, dedi və susdu.
–Sağ ol, dedim və bir az rahat oldum amma sevincim heç beş dəqiqə belə çəkmədi.
–Dünən bir oğlan dedilər qaçıbdır eşitmisən? Dedi amma bu dəfə ciddi şəkildə soruşdu.
–Yox , tanıyırdın onu? Dedim mənə də maraqlı gəldi bu xəbər necə Mehdi maraqla danışırdı.
–Yox , amma eşitdim ki, Yuxarı Salahlıdandır, dedi və susdu diqqətlə üzümə baxdı sanki məndən vacib nəisə eşitməyimi istəyirdi. Yəqin ki o, elə bilirdiki məndə nəisə bilirdim.
–Nəisə Mehdi gəl bu haqda danışmayaq , dedikdən sonra mən qəsdən güya bezmiş kimi üzümü Mehdidən çevirdim . Mən bilmirəm mənə nə olub amma mən yaman sıxılırdım, Yaxud darıxırdım, Havada çox isti idi. Mehdi mənim sol tərəfimlə gedirdi, digər tərəfimdə isə tanımadığım oğlan var idi.Birdən ona tərəf baxdım o, diqqətimi çəkdi o, mənim qardaşım Seymura çox bənzəyirdi.Çox sakit görünürdü dözə bilmədim və soruşdum.
–Sənin adın nədir ? dedim və o, oğlanın üzünə baxdım bu an Mehdidə üzümə baxdı.
–Mənim ? Mənimləsən? Dedi mənə.
–Hə səninləyəm adın nədir ? dedim və onun üzünə diqqətlə baxırdım və cavabını gözləyirdim əslində onun cavabı mənə heç maraqlıda deyildi sadəcə məni cəlb edən onun qardaşıma bənzəməsidir.
–Mənim adım Yusifdir ,bəs sənin ? dedi mənə mən əvvəlcə eşitmədim yalnız sonra ona cavab verdim. – Mənim adım Müşviq di. Sən haralısan ? dedim ona fikirləşdim bəlkə yerli çıxar.
–Ağstafadanam .
–Sən bizə bizim dəstəyə bu gün qoşuldun ?.
–Hə , bəs sən haralısan ? dedi mənə.
–Mən Qazaxdanam, dedim və başa düşdüm ki, başqa nə soruşmağa nə cavab verməyə bir sözüm yoxdur buna görədə sadəcə susdum və düşünürdüm . Biz artıq beş saata yaxın idiki yol gedirdik .Mən bilmirdim haradayıq amma təxmini Tovuza çatmışdıq ən azından. Elə hey gedirdik ama son beş saat mən ev görmədim sanki səhradaydıq . Yarım saatdanda getdikdən sonra başa düşdüm ki, hansısa yaşayış punktuna çatırıq.Artıq evlər görünürdü. Sevinməyə başladım çünki çox ac idim və yornuq, saat on ikini keçmişdi məncə . Çox istidi susamışdım. Yarım saatda yol gedəndən sonra dayandıq bizə dedilər yarım saat vaxtımız var istirahətə. Mən oturdum yerdə o, qədər yorğun idim ki ətraf dünya vecimədə deyildi . Nəfəsimi dərdikdən sonra ətrafıma boylandım gəldiyimiz yer çox qəribə yerə bənzəyirdi . Sanki ətraf yabanlıq idi şimal tərəflərdə kəndlər görünürdü. Yolla paralel dəmir yoluda var idi. Bir yekə köhnə binada var idi . Bizə su verdilər içməyə növbə ilə . Bu yaman oldu , lap ürəyimdən oldu . Sonra bizə çörək verdilər. Hər kəsə iki dilim . Çox deyil idi amma buna da şükür. Yaxşı oldu , yoxsa mənə elə gəldiki biz acınnan öləcik bu dəhşəttdir . Mənim beynimdə çevriliş baş verirdi .Mənim çantamın içində alma vardı . Mən onu çantamdan çıxartdıqdan sonra başladım yeməyə paxılcasına . Sanki onu mənim əlimdən alacaqlar kimi imiş. Yedikdən sonra , bir az uzandım elə yerdəcəz . Özümü artıq yaxşı hiss edirdim nisbətən . Birdən uzaqdan səs gəldi . Çönüb baxanda gördüm bu uzun-uzadı qatar idi. Mən ilk dəfədir ki qatar gördüm .O, Çox sürətlə gəlirdi və tüstü çıxırdı qatarın borusundan hər kəs birdən-birə ayağa qalxdı , həmçinin məndə.Qatar gəlib çatdı və dayandı , və həmin o, gündüz üstümə qışqıran zabit başladı yenədə qışqırmağa və hər kəsə əmr edirdi ki qatara minsin deyə .Vaqonlarda yer dolduqca keçirdi növbəti vaqona . Mən, Mehdi və Yusif ikinci vaqona minməli olduq. Təxmini on dəqiqədən sonra qatar tərpəndi və biz getməyə başladıq . Mən qatarın bir küncündə oturdum və calışdım bir az yatım və dincimi alım . Amma çox narahat idim. Özümdə bilmədim nəyə görə amma nəisə, hansısa hiss məni boğurdu . Mənə elə gəlirdiki bu mənim gözəl şəxsi həyatımın sonudur. Bilmirəm nəyə görə belə düşünürdüm amma çox pis vəziyyətdə idim. Əsəblərim korlanırdı, panikadaydım. Beynimdə xaotik bir durum vardı. Doğurdan bəlkə artıq özümü idarə etmirəm? Deyə öz-özümə sual verdim, amma cavabını tapa bilmədim. Bu cür fikirlər məni doğurdanda qorxudurdu. Nəisə , bir az yatmaq istədim yenicə mürgüləyirdim ki , səsdən yata bilmədim . Bizim vaqonda insan sıxlığından əlavə bir narahatçılıqda var idi. Bu mənimlə birgə gedənlərin səsləri idi. Hər kəs nəisə deməyə çalışırdı amma bir-birilərini dinləmirdilər.Sanki hər kəs istəyirdiki onu dinləsinlər. Bəziləri hətda qışqırırdı. Desəm ki, söhbət qlobal bir mövzüdan gedirdi , yalan olmaz. Çox mənasız söhbətlər gedirdi. Bəziləri çox millətli bir ölkənin haqqında danışırdılar. Çoxları Almanlar haqda danışardı. Bəziləri deyirdi ki, bu bizim müharibə deyil, amma bəziləri tam əksinə , getmək lazım olduğunu söyləyirdilər. Mən bir az kənardan qulaq asdım amma ciddi söhbətə bənzəmirdi. Sanki yeddinci sinif şagirdləri öz dərin fantaziyaları haqda təsvir edirdilər. Birdən bir oğlan mənə yaxınlaşdı . Keçəl idi amma belə sakit görünürdü . Sadəcə hərdən mənə elə gəlirdiki keç əl adamlar dəlisov olur. Özünü ehtiyatlanmış kimi aparırdı. Gəldi və yanımda oturdu və dedi mənə.
–Zibilə qalsın, Allah bilir haraya və nəyə aparırlar heç gözüm su içmir mənim .Hamısı siyasətdir bizlərdə oyuncaqları, açığı desəm heç mən başa düşmədim nəyə görə o, belə deyirdi. Bəlkə oda mənim kimi son həddə idi əsəbləriylə problemləri vardı. Yaxud başqa bir səbəb, nəisə amma mən baş açmadım onun halından . Amma fikirləri maraqlı gəlirdi mənə nəyə görə bilmirəm heç bunuda bilmədim. Lap çaş-baş qalmışam. Əslində onun dediklərində nə həqiqət vardı , nə məna nədə inandırıcı idi. Bir az hələ pafos kimi gəlirdi. Mən ondan soruşdum .
–Sən nəyə görə belə düşünürsən ? əslində mənə heç maraqlı deyildi, sadəcə onun danışdıqları onun fikri olaraq qalmasın adını dialoq deyə biləm.
–Səncə hər şey şübhəli deyil, sənə elə gəlmir ? dedi son sözləri çox yavaş səslə dedi və özünü elə aparırdıkı sanki onu kimsə eşitsə onu tutacaqlar xain adıyla.
–Yox , şübhəli gəlməlidir ? dedim və onun sonrakı cavabını artıq maraqla gözlədim.
–Səncə niyə hələ müharibədən qayıdan olmayıb ? dedi baxaraq üzümə.Mən onun özünü ilk gündən özünü yandırdığını və özünü təmiz itirdiyini çünki müharibədən niyə kimsə qayıtmalıdır ? məgər müharibə bitib ki, kimsə qayıtsın ? hər kəs döyüşür cəbhədə bunun kimilər isə burda belə danışır. Birdən mənə elə gəldiki o, təmiz ağlını itirib,sonra isə yadıma düşdüki müharibəyə hər kəs gedir.
–Çünki müharibə hələ bitməyib ona gorə hər kəs döyüşür , dedim və ona kinayəli baxdım . Mənə yenədə bir anlıq elə gəldiki o, ruhi xəstədi bəlkədə bu belə deyildi amma mənim içimdə belə bir bir hiss vardı.
–Yox dostum sən səhv deyirsən , dedi özüdə bunu əminliklə dedi və üzümə elə baxdıki sanki o, düz deyir və mənim başım xarabdı.
–Sən hardan bilirsən bunları ? dedim amma əyləncə xatirinə onsuzda məşğuliyyətsizdim. 
–Mənim qardaşım ..... ,
–Sənin adın nədir ? dedim sərt şəkildə özüdə sözünü kəsərək.
–Əkbər , mən Kiravabaddanam... ,
–Hə davam et sənin qardaşın sonrası nə ? dedim yenədə sözünü kəsərək, hiss etdim ki artıq o, mənim əsəblərimə toxunur.
–Hə , mənim qardaşım gedib gəlməyib müharibəyə , son xəbər ondan Xabarovskdan gəlib. Oradan mənə yazdığı məktubların birində hər şeyi yazmışdı bunların hamısını.
–Nə misal üçün ?, dedim bu mənə artıq çox maraqlı gəldi.Mənim beynimdə müxtəlif versiyalar fırlanırdı birincisi ya onun qardaşı bunu kimi dəlidi yaxud bu iki qardaş düzünü deyir, ən azından gedib görməmişəm, yaxud bunun qardaşı elə bir şey yazmayıb sadəcə bunun başı xarabdı yadaki bu səhv başa düşüb, fikirlər çoxdur amma nəyin düz nəyin səhv olduğunu bilmirəm amma əvəzində biləcik vaxtı gələndə.
– O , yazmışdıki onları döyüşə aparanda komandir əmr etmişdiki əsgərlərə , hər kəs irəli getsin , axı bu dəlilikdi .İrəli getməyəni yaxud arxaya qaçanları güllələyirdilər komandirlər. Ya düşmən bizi öldürdü ya onlar fərqi yoxdur onlar üçün, dedi və üzümə baxıb dondu qaldı, sanki özünü rahat hiss etmiş kimi və bitdi məni inandırdı. Buna səbəb mənim reaksiyamdır əslində mən başqa bir şeyi düşünürdüm o, isə elə bilirdiki mən ona inandım.
–Yaxşı bəs sən bilmirsən bizi haraya aparırlar ? deyərək soruşdum bəlkə bunun heç olmasa məlumatı var.
–Dəqiq yox amma bilirəm ki, hələlik Bakıya sonrasını yox, dedi mənə amma mənim bundan xəbərim vardı.
–Bakı apardıqlarını bilirəm, amma nəzərinə al biz nasistlərə qarşı döyüşə gedirik . Bakıdada hal-hazırda döyüş yoxdur, dedim gülərək astadan.
–Hə düz deyirsən amma məncə RUSETƏ, çünki radioda eşitdim ki nasistlər artıq Rusetdədilər və Moskvaya hərəkət edirlər, dedi və mənə elə gəldiki nə danışdığını heç özüdə bilmədi.
–Başqa nə bilirsən bu haqda? Dedim gülərək amma sual yarandı məndə özümə. Mən niyə hələdə onunla söhbət edirəm?
–Başqa onu bilirəm ki, Hitlerin ordusunun planında Qafqazda var, dedi təəccüblü halda gözlərinidə bərəltdi mənə sanki məni təəccübləndirmək istəyirmiş kimi.
–Doğurdan ? həqiqi sözündü ? çətin gəlib çıxa bilə, dedim güya onun dedikləri mənə maraqlı gəldi məhz bunu görədə cavab verdim.
–Hə , radioda eşitdim Hitlerin planı Krasnodar sonra Qafqazdı, dedi mən az-maz güldüm buda onun acığına gəldi.
–Hə Əkbər bildin indi bizi nəyə görə aparırlar müharibəyə ? dedim və ümid etdim ki, axır əvvəl bu başa düşər hər şeyi.
–Hər şey sən bildiyin kimi deyil, dedi və üzümə baxdı saymazyana sanki mən axmağın biriyəm bax bu isə mənim acığıma gəldi.
–Bəs necədi ? Əgər SSRİ məğlub olsa nasistlərə hamımız qul olarıq, bu Almanlara başa düşürsən ? dedim və başa düşdüm ki, mənə nəyisə başa salmaq qeyri- mümkündür və o, inatkardır.
–Sən nə bilirsən axı müharibə nədir ? dedi sanki qabağındakı on yaşlı bir uşaqdı. Onun özünü çox bilmiş kimi aparması məni lap əsəbləşdirirdi.
-Qardaş müharibənin nə olduğunu hələ heç kim bilmir, dedim sakit şəkildə istədimirdim onunla mübahisə edim.
–Xeyr mən bilirəm nədi, heç kimin heçnə vecinə deyil, muüharibə hər kəsi həssas edir, mənim dediyimi başa düşürsən ? dedi və elə bir sifət etdiki sanki bu bir ağsaqqalın biridi.Hə sən hər şeyi bilirsən dedim öz ürəyimdə. İstərdim ucadan deyim amma bunun sonrasını görmək bir əzabdı, deyəcək ki, sən heçnə bilmirsən və bu qədər.
–Hə , istisna deyil, amma müharibənin heç kim istəməz, müharibə son əlacdır .Məncə səni kimi Hitleridə çətin kimsə başa sala bilsin, deyərək arxayınlaşdım.Çünki ona layiqli cavab verdim, indi isə qoy fikirləşsin nəyə görə belə dedim.
–Hə hə zibilə qalsın hər şey, dedi və mən başa düşdüm ki o, mənim dediklərimdəm heçnə başa düşmədi.
–Əkbər bəs sənin qardaşınan bir xəbər yoxdur ? deyərək mövzünu dəyişmək istədim.
–Onun qara xəbəri gəldi keçən həftə cəmi iyirimi iki yaşı vardı, və dərindən bir ah çəkdi.
–Təəssüf edirəm ,Allah rəhmət etsin, dedim və bu haqda nahaq soruşduğumu başa düşdüm.
–Xeyr təəssüf etmə.Mərhəmətli təəssüfdənsə nifrətlə dolu qisası daha üstün tuturam.
–İndi , sən ən azından qardaşına görə getməlisən, dedim ona təssəli vermək üçün
–Bəs sənin cəbhəyə gedən qardaşın varmı ? dedi mən ona özüm haqda heçnə demək istəmirdim amma nədənsə cavab verirdim.
–Hə özüdə məndən əvvəl iki qardaşım gedib. İkisidə Mıtişi şəhərindədilər, bir getmişdilər keçən il. Dedim və ümid etdim ki, daha heçnə soruşmayacaq.
–Sağdılar ? , –Hə, dedim və növbəti sualı gözlədim can dərdi cavab verirdim.
–Şükür , yazırlar heç ? və buda saul.
–Axırıncı dəfə bir həftə bundan əvvəl almışdım məktubunu , və düşündüm nə qədər daha dözməli olacam.
–Bəs sən heç istəyirsənmi gedib qardaşlarını tapmaq ? dedi maraqlada üzümə baxdı, mən ona məətəl qalmışdım bu nə sualdır axı ?
–Heç bilmirəm, məndən asılı bir şey yoxdur,amma istərdim görmək, dedim və bir anlıq süküt yarandı. Acığı Əkbərin yaşadıgı hisslərə yazığım gəldi sanki. Amma özü daimi düşünməklə paxıl və yalnız özünü düşündüyünü biruzə verir.Nədənsə mənim o, insandan xoşum gəlmədi .Məni narahat edən bir məsələdə vardı Rusetə gedirəm amma heç rusça bilmirəm necə orada baş çıxardacağam görəsən.Durdum ayağa qatarın pəncərəsindən bir az çölə ətrafa baxdım, dəmir REŞOTKADAN tutaraq , qapının yanında duran oğlan vardı ondan soruşdum.
–Biz hal-hazırda haradayıq bilmirsiz ki ? dedim və bir cavab alacağıma inanırdım. Xeyli yol getdiyimizə görə məncə Qasım-İsmayılovu keçmişdik. 
–Biz Yevlaxdayıq məncə, onun təxmini dediyini başa düşdüm amma ən azından bir cavab verdi.Saat axşam yeddiyə yaxın olardı bizim irəlidə deyilənə görə hələ uzun yolumuz vardı. Mən çox yornuq idim yatmaq istəyirdim amma yata bilmirdim. Nədənsə mən insan çox olan yerdə sərbəst ola bilmirəm o ,ki qaldı yatmağa.Mənə elə gəlirki adam yatanda , yanında əgər insanlar varsa təbii ki, ailədə istisna, sanki hər kəs ona baxır . Bütün diqqətlərini yönəldərlər və sənin oyanmağını gözləyərlər lap əbədi...


... dəfə oxunub
Qiymət: 9/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.036 saniye