İstəyir
Mehman Rasimoğlu tərəfindən "Şeir" bolməsinə 22:00 04 avqust 2014 tarixində əlavə olunmuşdur

Içim tufan,üzdə həzin mehəm mən
Kür də mənə rəqib olmaq istəyir.
Könlüm buzdu, sözüm buzdu, nədənsə?
Qış da məndən soyuq almaq istəyir.

Zərrə sevincim də məndən qəm çəkir,
Könlümün havası qəmdən nəm çəkir.
Mən taleyə, ruhum mənə çəmkirir
Mənə baxan gül də solmaq istəyir.

Bumu həyat, bumu sevgi, məhəbbət?!
Alışıb həsrətdən yanır səadət.
Nifrət, kədər məndə görür rəqabət
Əzrayıl ruhuma dalmaq istəyir.

Şeirlərim qəmdən çıxa bilmədi,
Qələmin gözyaşın vərəq silmədi.
Şair şöhrət oldu, üzü gülmədi,
Cansız, torpaq altda qalmaq istəyir.

 

 


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
2+28=
Hesaba giriş
Müəllif

Mehman Rasimoğlu
Haqqında
Mehman Rasimoğlu (Rzayev) 1983-cü il 27 martda Tovuz rayonunda ziyalı ailəsində, aşıq Əsəd Rzayev ocağında anadan olub. A.S. Puşkin adına orta məktəbin birinci sinfinə qədəm qoyub 1993-cü ildə Elxan Məmmədov adına orta məktəbdə təhsilini davam etdirib. 2000- ci ildə həmin orta məktəbin, 2004-cü ildə Bakı Dövlət Universitetinin jurnalistika fakultəsinin məzunu olub. 2004-2005-ci ildə “N” saylı hərbi hissədə hərbi xidmətdə olub. Mehman Rasimoğlu tələbəlik illərindən dövrü mətbuatda və almanaxlarda dərc olunur. “İlk məhəbbətim” və" Könlüm məhəbbətin harayındadır"adlı şeirlər kitabının müəllifi, AYB-nın üzvü, Prezident təqaüdçüsüdür.
Əlaqə
E-mail:
mehmandarov@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0319 saniye