İTİRDİYİM BİR ÜNVANDI BAXIŞLARIN
SEYMUR SÖNMƏZ tərəfindən "Şeir" bolməsinə 20:56 08 fevral 2018 tarixində əlavə olunmuşdur

Sarsılmışam qəlbim dözmür ayrılığa, 
Həyat çəkib  ayrılıqla bu sınağa ,
Söz- söhbətə düçar olub qınağa ,
Düşən zaman bir ümmandı baxışların. 


Ömür  gedir, yaş ötdükçə yaşlanıram, 
Fikirin ilə sağa-sola boylanıram, 
Harda olsam axtarıram, arayıram , 
İtirdiyim bir ünvandı baxışların. 

  
Bitməz olan arzular var  ürəyimdə, 
Dolanıram  məhəbbətin aləmində, 
Vüsalı biz  dadacağıq səndə,məndə, 
Ümüd dolu  bir zamandı baxışların.

Hürkəkdi ceyrantək,ağlımı aldı,
Seymurun halını gör ki nə haldı.
Utancaq nəzərlə  yadımda qaldı,
Çox heyif ki, bircə andı baxışların.

 

MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV

08.02.2018


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+22=
Hesaba giriş
Müəllif

SEYMUR SÖNMƏZ
Haqqında
Sanma məni, sən avara mən eşqimin dəlisiyəm Düşünməki hər, baxışı görüb onu sevəsiyəm Xumar gözdə cilvələnib, gülümsəyib ötəsiyəm Adətim bu, hər yetənə könül verməm…! Hər yetəndən, könül almam , Neyləyim ki , məndə buyam.
Əlaqə
E-mail:
seymur551@list.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0258 saniye