
Sarsılmışam qəlbim dözmür ayrılığa, 
Həyat çəkib  ayrılıqla bu sınağa ,
Söz- söhbətə düçar olub qınağa ,
Düşən zaman bir ümmandı baxışların. 
Ömür  gedir, yaş ötdükçə yaşlanıram, 
Fikirin ilə sağa-sola boylanıram, 
Harda olsam axtarıram, arayıram , 
İtirdiyim bir ünvandı baxışların. 
  
Bitməz olan arzular var  ürəyimdə, 
Dolanıram  məhəbbətin aləmində, 
Vüsalı biz  dadacağıq səndə,məndə, 
Ümüd dolu  bir zamandı baxışların.
Hürkəkdi ceyrantək,ağlımı aldı,
Seymurun halını gör ki nə haldı.
Utancaq nəzərlə  yadımda qaldı,
Çox heyif ki, bircə andı baxışların.
MÜƏLLİF:SEYMUR SÖNMƏZ PAŞAYEV
08.02.2018
