Bir gün yuxudan durdum, güzgüyə baxıb gördüm ki, çox dəyişilmişəm... Hazırda güzgü qarşısında dayanan mən, axşam paltarını soyunub yatan məndən çox fərqlənirdi.
Sanki mənim içimdə uzun müddətli dəyişikliklər gedirmiş... Amma mənim nə bu dəyişikliklərdən, nə də ki, onların mahiyyətindən xəbərim yox idi...
Paltarlarımı geyinib hamama keçdim, əl-üzümü yudum və çay içdim. Sonrada bir siqaret yanıraraq beşinci mərtəbənin altıncı mərtəbəsindən aşağı düşməyə başladım.
Binamızın qapısı sıx küçələrin birinə açılırdı. Amma hal-hazırda o küçədə sıxlıq qalmamışdı... Heç kim yox idi. Sadəcə maşınlar və daş binalar qalmışdı... Ağlıma bir neçə fikir gəlirdi, onlardan biri də bir neçə il bundan qabaq eşitdiyim 2012-ci ildə dünyanın dağılacağı fərziyəsinin bu günə təsadüf etməsi idi. Doğurdanmı dünya dağıldı?...
Biraz addımladıcqa yerdə çatlar və meyitlər görə bilmədiyimdən bu fərziyəm əsassız olduğu anlama gəlirdi... Dəli olmağa başlayırdım... Axı bu insanlar hara getdi? Onların görəcəyi işlər axı hələ qabağdadır. Axı hələdə 20 faiz torpağımız işğal altındadır, o torpaqları düşmənə hədiyyə edibdə bu millət hara getdi?! Bu düşüncələr beynimdəykən birdən anamın məni silkələməsi ilə yuxudan ayıldım və yuxudan ayılan kimi ilk eşitdiyim cümlə: Azərbaycan ordusu daha 9 əsgərini itirdi.
Allah səbr verməsin!