İyirmi dörd fəsil (yeddinci hissə)
Gülzarə Hüseynova tərəfindən "Hekayə" bolməsinə 21:50 22 noyabr 2015 tarixində əlavə olunmuşdur

Bakıda olduğu günlərdə demək olar ki, hər axşam Tural mənim dalımca işə gəldi, evə birlikdə qayıdırdıq. Ankaraya qayıtmağına iki gün qalmışdı. Getməmişdən əvvəl son dəfə oturub söhbət etmək istədik. Tural dedi ki, axşam evdəkilərlə birlikdə bizə gələcəklər. Fikirləşdim ki, bu anam üçün də bir dəyişiklik olacaq, söhbət etdikcə fikirləri dağılar. 

Axşam mən işdən çıxanda Turalı yenə də qapıda gördüm, yenə evə birlikdə qayıtdıq. Yolda xeyli söhbət etdik: 

-Tural, sən də birisigün çıxıb gedəcəksən. Neçə ildən sonra birinci dəfədir ki, belə üzüm gülmüşdü. Atamın ölməyi, universitetdən qovulmağım, Nicatla bağlı olanlar - bunlar hamısı üst-üstə gəldi son vaxtlarda. Bircə sənə danışa bildim dərdlərimi, amma indi sən də çıxıb gedəcəksən, mən neyləyəcəm indi? 

-Gülü, düzdür, gedirəm, amma bu dəfə daha az qalacam orda. Özün də bilirsən ki, sonuncu kursdur. Bir neçə ay da dözək, dərslər bitən kimi yenə qayıdacam Bakıya. 

-Can, inşallah o günlər də nəsib olsun. Mən arzuladığım diplomu əldə eləyə bilmədim, amma sən diplomunu alanda ən az özüm qədər sevinəcəm buna. 

-Narahat olma, mən o diplomu ikimizin adına alacam, sonra birlikdə Vüsal əminin qəbrini ziyarət etməyə gedəcəyik. 

-Sənin üçün çox darıxacam. 

-Mən də sənin üçün darıxacam. 

-Tural, ağlıma bir fikir gəlib, sabah saat üçdə "Paralanmış ürək" adlı kitabın təqdimatı keçiriləcək. Bu birlikdə vaxtımızı dəyərləndirmək üçün əla fürsətdir. Gəl, birlikdə həmin təqdimata gedək, hə? İşdən icazə alaram, gəlib məni götürərsən işdən, birlikdə gedərik. Razısan? 

-Məqsəd birlikdə olmaqdırsa niyə də razı olmayım ki? Təki sən icazə al, mən gələrəm. 

-Əla, amma bir planım da var. İstəyirəm təqdimatdan sonra səni Nicatla tanış edim. İnanıram ki, onu yaxından görmək istəyərsən. O Xatirə ilə gələr, biz də ikimiz gedərik. Bilirsən, çoxdandır onlar mənimlə görüşmək istəyirlər, amma işimi bəhanə edib getmirəm. Onları birlikdə görə bilmirəm. Amma sabah birlikdə getsək, həm onların təkidli görüş istəklərindən canım qurtarar, həm də sən Nicatı görmüş olarsan. 

-Gülü, sən bundan əminsən ? Nəticə etibarilə o sənin sevdiyin adamdır, özün də deyirsən ki, onları birlikdə görəndə dözmürsən.

-Xahiş edirəm, razılaş. Axı Nicat mənim onu sevdiyimi bilmir. Bilsəydi o da təkid etməzdi görüşmək üçün. Mən bu görüşlərdən yaxa qurtarmaq istəyirəm. Səndən başqa kim mənə dəstək ola bilər belə bir vəziyyətdə ? 

-Əgər özün istəyirsənsə, mən razı. 

-Əla, onda axşam Nicata mesaj yazaram, o da Xatirəyə xəbər etsin. 

Söhbət edə-edə artıq evə gəlib çatmışdıq. Tural məni binanın qarşısında yola salıb, mağazaya tərəf getdi. Bizim qapını Aidə açanda təəccübləndim. Mən onların ailəvi gələcəklərini zənn etmişdim, amma Sənubər xanımla Aidə artıq bizdə idilər. 

-Aidə, aşxamın xeyir, xoş gəlmisən.

-Elə sən də xoş gəlmisən, necəsən? 

-Çox sağ ol, təksən ? 

-Yox, anamgil söhbət edirlər otaqda, sən də keç rahatlan. Soyuq havadan gəlirsən, mən sənə bir çay süzərəm. 

-Əllərin var olsun ! 

Qonaq otağına keçib həm Sənubər xala ilə, həm də anamla salamlaşdım. 

-Sənubər xala, xoş gəlmisiniz. Fikrət əmim nə əcəb gəlmədi ? 

-Onlar bir azdan Turalla birlikdə gələcəklər, qızım. İşin necə keçir, Hər şey yolundadırmı? 

-Çox şükür, hər şey yaxşıdır. Biz Aidə ilə mətbəxə keçək, siz söhbətinizə davam edin. 

Anamgil ciddi söhbət edirdilər. Nədən danışdıqlarını bilmirdim , amma mövzunun vacib olduğu onların üzlərindən oxunurdu. Məsələni Aidədən öyrənməyə çalışdım. 

-Aidə, mən gəlməmişdən qabaq nəsə olub ? 

-Yox, nə olub ki ? 

-Bilmirəm, anamgil çox ciddi danışırlar, onlara fikir ver, elə başları qarışıb ki, söhbətə, elə bil ətrafda olanları görmürlər. 

-Hə, sən onu nəzərdə tutursan? Düzdür, ciddi bir məsələ var, o barədə danışırlar. 

-Nə məsələdir ki ? 

-Qismətin açılıb. 

-Nə? Aidə, sən zarafat edirsən? 

-Yox, belə işlə zarafat olar? 

-Atamın öldüyü hələ iki aydır, bu kimin elçisidir ki, göndərib qapımıza ? 

-Bilmirsən kimindir ? 

-Yox. 

-Bir azdan biləcəksən, gəl çayları aparaq... 

 


... dəfə oxunub
Qiymət: 6/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
4+31=
Hesaba giriş
Müəllif

Gülzarə Hüseynova
Haqqında
16 aprel 1995-ci ilde anadan olub. Baki Dovlet Rabite ve Neqliyyat Kollecinin məzunudur.
Əlaqə
E-mail:
gulzareh@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0356 saniye