Jame vü
ŞvartsMan tərəfindən "Hekayə" bolməsinə 19:37 19 avqust 2016 tarixində əlavə olunmuşdur

 -Heç nəyi xatırlamıram. Niyə beləyəm bilmirəm. Elə bil vakuumun içindəyəm. Beynimdə elə bil boşluq var. İlk əvvəl çətin və stressli idi. Amma sonra qərar aldım ki, bloknot tutum və yadda saxlanmalı şeyləri yazım.

Əvvəlki həyatım necə olub bilmirəm –heç nə yadımda deyil. Və sabah hər şeyi unuduram. Nə yediyimi, nə aldığımı, nə oxuduğumu,hara getdiyimi, kiminlə yatdığımı–hər şeyi. Elə sabah da burda yazdıqlarımı unudacam.

Dünən bloknotumda qeyd etmişəm ki, Yoşa adında bir oğlan mənə pul borcludur. Xatırlamıram. Niyə borcludur?-Zibil! Yazmamışam. Necə unuda bildim, xatırlamıram! Nə yaxşı ki telefon və evinin adressi və iş yerinin ünvanı məndə var. Getdim yanına. O, mənim amneziyalı olduğumu bilir.Təkcə o bilir. Bunu gizlədirəm çoxlarından, bəlkə də hamıdan –mənə elə gəlir ola bilsin. Zəif yerimdir və kimsə istifadə edə bilər. Bilmirəm nə vaxtdan beləyəm, artıq evdə 43 bloknotum var, ilk qeydlər 2000-ci ili göstərir.. Və mən həyatda mənəən vacib olanları yadda saxlayıram. Mənə borclu olan Yoşa da yaddaşda saxlanmalı adamlardandır.

Qısaca Yoşa haqqında danışım ki, mənim dosumdur. Mənə deyir ki, sən türmədə olmusan. Guya bir oğlanın hamilə arvadını zorlamışam və öldürmüşəm. Düzü inanmıram. Türməyə bu maddəylə düşmüşəmsə, necə sağçıxmışam bəs? Bu haqda yazmamışam elə bil. Dostum sonra deyir ki,xəstəxanada da olmuşam. Hə, bunu düz deyir. Yox,yaddımda deyil, sadəcə qeydlərimdə bu var. Şəxsi qeydlərimi tez-tez oxuyuram ki, bəlkə nəsə xatırlaya bildim. Dostum deyir, adı Yoşa deyil, Yaşardı, sən həmişə mənə belə deyirsən. Əgər hər şeyi sabah unuduramsa, bunu necə xatırlayıb ona deyə bilirəm? Yoxsa nəyi daha çox yaddaşda saxlamaq istəyirəmsə onu yadda saxlayıram? Yoxsa əlimdə Yoşanın adı yazılmış kağız vardı? Bunu xatırlamıram. Qeydlərə baxmaq lazımdır. Onsuz da sabah yenə yaddan çıxardıram. Bilmirəm bu uzun müddətdə necə yaşamışam belə... Yaşardı Yoşadı bilmirəm, -özü də mən hardan bilim bu adam mənim dostumdur? –çoxlu söhbətlər edirik. Mənə deyir ki, sənin ən yaxın dostun mən olmuşam, heyif ki yaddaşını itirmisən. Bunların hamısı indi bloknotdan oxuya oxuya yazıram, çünki xatırlamıram. Bir də Yoşa haqqında yazılarımın birində qeyd etmişəm ki, çox hiyləgər gülüşüvar. Nəsə ondakı enerji məni çəkmir, yad adamdı elə bil, dostum olmayıb. Amma mənə elə şeylər danışır ki, mən bilmirəm, daha doğrusu xatırlamıram. Ancaq həmişə mənim yanımdadır və dəstək olur, zəng edir. Yenidən kim olduğunu danışır. Hərdən elə qeyri-adi şeylər danışır ki, inana bilmirəm. Məsələn, mən evli imişəm və arvadım hamilə imiş. Yoşanın özü də ailəmizin ən yaxın dostu imiş. Nəsə xatırlamıram. Lap şübhəçi olmuşam. Yoşanın özü subaydır, amma gözəl yaşıl gözlü sevgilisi var.. Mən belə yazmışam qeyd dəftərçəmdə. O qədər qeydlər etmişəm ki, beynimin içi kimi onlar da qarışıqdır. Hərdən başım ağrıyır bunlardan. Yoşa deyir ki, mən babnik olmuşam, amma gərək o səhvi etməyərdim. Bu haqda çox danışmırıq. Bu lap əvvəlki qeydlərimdir. Heç nə hiss etmirəm və xatırlamıram! Elə bil beynim və duyğularım donub. Nə danışıqları, nə hadisələri, nə də insanları xatırlamıram.

Ayın 7-si mən Yoşa ilə görüşdüm. Məni ailəmlə görüşdürməyə aparacaqdı. Çünki ayrılmışıq arvadımla, boşanmışıq. Xəbərim yoxdur. Dostum mənə deyir ki, ailəmin qeydinə qalmalıyam, necə də olsa, ailəmdir. Bir qızım varmış. Gərək ona diqqət yetirməliyəm, yaddan çıxarmamalıyam. Qızımdır o baxımdan deyir.

Səhər bir dəfə qeydlərimdə belə yazıya rast gəldim: hamı mənə qəribə baxır yaşadığım yerdə. Bilmirəm bu nədəndir. Heç kim heç nə soruşmur, demir, arxamca pıça-pıç edirlər. Yad baxışlarda xəstə bir kəs olduğumu sezirəm. Ya da ola bilsin, qeyri-adi bir şey etmiş kimi...Əgər dəhşətli bir şey etmişəmsə və bunu məndən başqa hamı bilirsə, xatırlamıram..Görünür bu bədbəxt hadisədən sonra belə olmuşam. Heç kim isə mənə bu haqda danışmır.

Fikirlərimdə ardıcılıq yoxdur, düşüncələrim və qeydlərim qarışıqdır. Hərdən hadisələr qırılır, bir mövzudan o birinə tullanıram. Amma bəzi şeyləri yadıma saxlamaq elə istərdim ki...! Arvadım və balaca, 5 yaşında qızım varmış. Bunları necə unuda bilmişəm. Axı necə! Onlar axı həm də duyğularımla, mənəviyyatımla bağlıdırlar. Bəlkə.. bəlkə yaddaş itəndən sonra heç mənəvi bir bağlılıq qalmır, hər şey beynimizdə doğulur-ölür. Əvvəl gördüklərini sonra elə bil görməmisən. Birinci dəfədir doğma insanları görürmüş kimi. Elə arvadım Solmaz və qızım Ulduzu görəndə də belə oldu. Heç nə xatırlamadım. Onların yalnız adlarını xatırlayıram. Amma bilirsiz sabah unudacam və cib dəftərçəmə baxacam ki, 24 saatlıq heç olmasa ağlımda qalsınlar.

Ailəmlə dostumun sayəsində görüşdüm. Solmaz adlı bu qadınla öpüşəndə nə vaxtsa yataqda olduğumuz yadıma düşmədi. Elə bir yad bir qadını öpdüm. Öpüş nəisə xatırlatmağa kömək ola bilmədi. Onlar isə məni qucaqlayırdılar. Qızım “ata, ata” deyirdi. Mən heç nə hiss etməsəm də, düşündüm ki, atasıyam. Sən demə, şirin bir qızım var imiş. Adı kimi balaca və parlaq, gözəl.

Belə ki, onlarla yaşamağa başladım. Arvadım bağışladı məni hər nə etmişəmsə keçmişdə. Nədənsə ailəmləünsiyyətdə olduğum müddətdə qadınımın soyuqluğunu və yadılığını hiss edirdim. Nə bilim, bəlkə mənə elə gəlir. O qədər insanlardan uzaqlaşmışam ki, bəlkə də mənim özümdən qaynaqlanır. Hər şey normaldı həyatımda.. Çoxlu suallar verir və düşünürdüm. Ancaq düzdü yenə sabah unudurdum cavabları. Yenə də bu mənimçün maraqlı idi. Ailəm var idi, unutduğum ailəm. Mən xoşbəxt idim. Bu xoşbəxtliyin gecikməsinə görə isə dostuma zəng edib onu günahlandırdım ki, niyəəvvəl demirdin bunları mənə, ailəm olduğunu? Cavab verdi ki, həkim demişdi. Sən hazır deyildin. Qəbul edə bilməzdin. Həm də siz təzə ayrılmışdız. Vaxt lazım idi, dostum. Sevindim ki, bu qədər müddətdə mənim belə bir dostum olub yanımda, tək qoymayıb məni. Ailəmin qeydinə qalıb, bu xatırlamadığım gözlənilməz qəzadan sonra ailəmi tapmağa kömək edib, onları xəbərdar edib vəziyyətimdən.

Ailəmlə birgə yaşayandan qızımı bağçaya aparmağa başladım. Bir dəfə yolu göstərdi necə getmək lazımdır, bağça hardadır və bunu qeyd etdim –nə edək bulanıq yaddaşa malik oldun beledir! Amma əvvəlki biliklərimi unutmamışam. Sadəcə xatirələr unudulub, tanıdığım və gördüyüm insanları sabah xatırlamıram. Xəstəliyim bundan ibarətdir. Bir dəfə qızım məndən soruşandakı“ Arzu müəllimə, bizə dedi ki. əgər kim yeməyini yeməsə yemək arxasınca ağlayar.Doğurdan belədir?”Dedim; “Yox, elə deyil. Yalan deyir müəllimin. Yemək ağlamaz”.-“Bəs niyə elə deyir”–məyus-məyus soruşdu qızım. Gerçəyi dedim ona: “Çünki sən yeməsən yemek heyif olar və zibilə atmalı olacaqlar. Qısaca sən onun zəhmətinə tüpürmüş olursan”. –Deməli məni aldatdı müəllim?”–“Daha doğrusu belə deyək ki, qızım, müəllim istədi sən onun dediyini yerinə yetirəsən və bu uydurma yalandan istifadə elədi. Sən yemək istəmirsən, amma o sənə uydurma yalan deyir ki, ona görə yeyəsən...” Qızım yenə təkid etdi, inanmaq istəmirdi ki, müəllimi ona düzünü deməyib. “Axı deyir ki, Allah sözə baxmayan və yeməyini yemeyən, tərbiyəsiz qızları cəzalandırır”. Qızımla şəvvarənin yanında oturub yaxşıca danışdım:

 -Bax, bilirsən necədir? Allah heç kimi cəzalandırmaz. Maymaq ilahiyyatçıların sözləridir bu. Sənin müəlliminin başı xarabdır. Bu həyatda yalnız insan insanı cəzalandırır. Boş şeydi bunlar! Allahın işi –gücü yoxdur yemək yeməyənləri, tərbiyəsiz ya sözə baxmayan qızları cəzalandırsın...İnanma belə şeylərə. Sən nə vaxt və harda gördün ki, allah kimisə cəzalandırdı? Bunlar boşşeylərdi, qızım. Müəlliminə denən atam belə dedi. –bu sözlərdən sonra qızım çox məyus olub əsəbləşdi ki, aldadıb guya müəlliməsi onu. Burda “guya” sözü yerinə düşmür, doğurdan aldadıb uşağı. Qızım əsəbləşdi ki, nifrət edirəm ona. Mənsə bir az məyus oldum ki, həqiqət qızımı məyus elədi, inandığı insana qarşıümidini qırdı. Amma bunu bilməyə haqqı vardı balaca da olsa. Və qızımın beynini imkan verməzdim kimsə gic –gic şeylərlə doldursun. Acı da olsa, həqiqət həqiqətdir; şirin yalandan 999 dəfə yaxşıdır. Sonra getdik Cəfər Cabbarlı heykəlinin yanında göyərçinləri yemləməyə. Qızım çox xoşbəxt idi, ata kimi mən də xoşbəxt idim. Məni qucaqladıqca daha da əmin olurdum ki, bu mənim doğma və mənə yaxın Ulduzumdur.

Arvadımla münasibətimiz yaxşıdır. Amma yatağımız soyuqdur. Görünür hələ də məni tam içdən bağışlamayıb. Bilmirəm ona nə etmişəm, soruşmaq da istəmirəm, birdən dəhşətli və acı xatirələr olar və bu da düzəlməkdə olan münasibətlərimizi daha da gərginləşdirər. Onsuz da bu gün onu unudur, sabah yada salmalı oluram. Buna dözmək çətindir...hər ikimiz üçün...

 İşə getmək adıyla bir gün evdən çıxıb qadınıma sürpriz etmək istədim. Fürsət düşmüşkən uşaq bağçadadır və gözəl vaxt keçirmək üçün qırmızı şərab və südlü şokoladın yeri var. Romantik musiq də olacaqdı. Nəysəəlimdə bunlarla içəri girdim və qapının ağzında yad kişi ayaqqabıları gördüm. Elə o dəqiqə sizin düşündüyünüz kimi düşündüm. Ehtiyatla tərpəndim ki, səs çıxmasın. Və qonaq otağından arvadım Solmazın gülüş səsləri gəldi. Gözlərimi yumdum, bir anlıq özümə dedim, bircə bu yox. Gücümü yığıb açıq qapıya yaxınlaşdım ki, nə danışdıqlarını eşidə bilim. Bu dostum Yoşa idi, arvadıma deyirdi ki:

-Bunu ona hələ demək olmaz, bilməməlidir. Düzdü, biz onu aldadırıq. Amma beləsi daha yaxşıdır. Həm onun, həm də bizim xeyirimiz üçün.

 Mən dözmədim otağa girib qışqırdım:

 -Nəyi demək olmaz? Səndən soruşuram, Yoşa!

-Sakitləş, dostum. Neynirsən burda? –arvadıma baxdı. Arvadımda bilmədi nə desin.

 -Mən sənin dostun-zadın deyiləm. Nəyi demək olmaz? Nə gizlədirsiz məndən? Məni niyə aldatmalısız?

-Yaxşı, yaxşı, hər şeyi deyəcəm, -Yoşa dedi və mən bir az sakitləşdim ki, izah etsin hər şeyi bu əclaf. Arvadıma baxdı və bir də mənə baxdı. -Bilirsən, bilmirəm bunu sənə necə deyim, -dərindən nəfəs aldı. –Sən öz arvadını və uşağını öldürmüsən. Sənə demişəm axı bunu.

 -Nə danışırsan? Ağlın yerindədir sənin, yoxsa çaşıbsan?Mən heç kimi öldürməmişəm. Arvadım budur yanımdadır, qızım bağçada.

 -Yox, elə deyil –bu dəfə arvadım dilləndi. –Biz sənin ailən deyilik. Nə sən mənim ərimsən, nə də qızımın atasısan. Bunlar oyun idi.

-Nə oyunu?-mən az qala dəli olacaqdım. Təəccüb içindəyəm.

 -Sənin yaddaşının sağalmasıüçün. Həkim demişdi ki, belə bir oyun sənin yaddaşına müsbət təsir edə bilər və travmanı unutdurar.

-Nə gic-gic danışırsız! Mən onsuz da hər şeyi unutmuşam. Unudulan şeyi unutduracaqsız? Sizin başınız işləyir?!

-Yox, sən anlamadın, -arvadım, ya da hər nəisə məni başa salmağa çalışırdı. Artıq fikirimi Yoşadan çox ona cəmləmişdim. Yoşa otaqda gəzinirdi və bizi sakitcə dinləyirdi və aradan müdaxilə edirdi. - Sən başa düşməlisən ki, bu sənin sağlamlığındır. Sən maşın qəzasına düşmüsən və travma almısan. Sən hələ tam sağalmamısan.

-Nə danışırsan? Lap elədi, amneziyadı məndə. Bunun arvadımı və uşağımı öldürməyə nə dəxli var?

-Dəxli var.. –arxadan səsləndi Yoşa.

 -Dəxli var...-Solmaz adında bu qadın təkrarladı.

-Çünki arvadını və uşağını mən öldürmüşəm –dedi Yoşa və mənim arxaya çevrilməyimlə zərbədən huşumu itirməyim bir anda oldu. Və bir əlin şappıltısıyla oyandım.

Qarşımda həkim vardı, mənə baxırdı.

-Hipnoz bitdi. Artıq sən hər şeyi unutmusan, keçmişinlə bağlı heç nə yoxdur. Keçmişə aidiyyatın yoxdur. Yepyeni insansan indi.

2 aprel 2015 


... dəfə oxunub
Qiymət: 1/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+28=
Hesaba giriş
Müəllif

ŞvartsMan
Əlaqə
Tel.:
055 519 35 77
E-mail:
gschwarzmann@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0327 saniye