1- Stephen King və Danielle Steele kimi yazıçıları geridə qoyaraq dünyanın ən zəngin yazıçısı adını daşıyır.
2- Harry Potter kitabının sonuncu hissəsi olan "Harry Potter və Ölüm Yadigarları" indiyə kimi ən tez satılan kitabı olmuşdu.
3- Harry Potter`in necə ortaya çıxdığı haqqında deyirdi: Harry Potter fikri ağlıma çox qarışıq olan bir qatarda səyahət edərkən düşdü. 1-2 saat yazmağa qələm tapa bilmədiyi üçün ağlında Harry Potter ilə bağlı fikirlər yaratdığı zaman boş-boş oturmağa davam edirdi. Bu hadisə ilk kitabın çap olunmasından 7 il əvvəl təxminən 90-cı illərdə baş vermişdi.
4- Rowling dementorları, Harry Potter və Azkaban Məhbusu kitabında olan qaranlıq, ruh ilə qidalanan varlıqları depresiyya ilə mübarizə apardığı zamanlar yaratmışdı.