Kafirlər
Ülfət Cavad tərəfindən "Digər yazılar" bolməsinə 18:30 23 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sünnətlə,minnətlə müsəlmanlıq olmaz.Millət qanı əmən,məzlumun haqqını tərəddüd etmədən yeyən,namusdan bixəbər,qeyrətdən xəbərsiz yüz yol ibadətlə,yüz dəfə ziyarətlə zahid adı almaz. Azğınlaşmışları haqqa dəvət etmək,onların ərp bağlamış qəlblərinə iman toxumu səpmək mümkün deyil.Onlar üçün doğru olan,bu kəm həyatda topladıqları sərvət və bu zənginliklər hesabına əldə etdikləridir. Yuxunu sevib ölümdən qorxanların içində zərrə qədər Allah sevgisi olmaz.Ətrafımızda yüzlərlə belələri var:Boynu yoğun,vicdanı itmiş,ruhu pas bağlamış,şüursuz şəkildə hərəkətdə olan murdar ət parçaları.

Müftəxor həyat sürmək naminə iblisə dədə,şeytana ana deyən üzdən iraqlar get-gedə artmaqdadır. Belə kafir sürüsü ilə eyni havanı udmaq,eyni torpağa ayaq basmaq çox ağırdır. Kafirlərlə mücadilə etmək həddən ziyadə çətindir.Əxlaqsızlıq, amansızlıq, imansızlıq kafirlərin xislətində təcəlla edən iyrənc nəsnələrdir. Kafirlər üçün yaşatmaq deyil,məhv etmək önəmlidir.Sıradan olan insanların hər gün,bir az da yoxsllaşması,ehtiyac üzündən bəzən bir-birlərinə qənim kəsilməsi,aclıq və xəstəliklərin geniş vüsət alması,qürurların sındırılması,mənəviyyatın ayaqlar altına atılması yan-yörəmizdəki bir sürü imansıza zövq verir. Belələrinə tərəddüd etmədən kafir demək olar.Onlar özlərindən qeyri kimsənin firavanlığını istəməzlər.Fağırlaşan toplumun iztirabları,bu kafir sürüsü üçün əyləncə mənbəyidir. Bahalı libaslarla üst-başlarını nə qədər örtsələr də,kafir xislətlərini heç bir libasın altında gizlədə bilməzlər.Kafirlər üçün cansız canlıdan daha dəyərlidir.Bu üzdən,onların ulu əcdadları Allaha deyil,cansız bütlərə sığınardı.Onlar daş-qaşı məzlum insanlardan üstün tutar,müstər qalacaq haram sərvətləri onlar üçün qardaş,ətrafındakı fağırlar isə,bir düşmən obrazını ifadə edər...

Allah bizləri şeytanın şərindən,dəccalın fitnəsindən,kafirlərin iyrənc nəfəslərindən hifz etsin!!!

 


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
2+38=
Hesaba giriş
Müəllif

Ülfət Cavad
Haqqında
Səssizliyin içində dinlədiyim səs ruhumu rahatladar. Bəzən gözlər dil-dodaqdan daha mənalı danışar...
Əlaqə
E-mail:
hasanbey@rambler.ru
Sosial şəbəkə:
Twitter
YouTube-da izlə
Facebook
0.0338 saniye