Kağızlar və Sətirlər.
ANAR. (ARLİN EDEN ) tərəfindən "Şeir" bolməsinə 12:15 27 iyul 2015 tarixində əlavə olunmuşdur

Biraz yorulmuşam, birazda halsızam.

Yenə düşüncələr,fikirlərimi yordu.

Səbəbi qəribədir,

birazda fərqlidir. 

Kağızlar şübhəlidir,

sətirlər səbirsizdir.

Kağızlara sətirləri səliqəli toxumaq, 

bir neçə sətirlərə həyatını yazmaq. 

Birazda əzgin hisslərdən,

arzulardan danışmaq.

Dinləyən isə bir parça kağız və sətirlər.

Qaranlıq otaq , birdə şam.

Yenə rəqs edir qələmimlə şam

Əl çalır sətirlər birdə bəyaz vərəqlər.

Yazmaq istəmir əllər,

fəryad edir hisslər.

Sətirlər təsəlli verir, 

kağızlar dostum deyir. 

Hisslər olur yenə düşmən,

fikirlər isə nifrət qazanır.

Yenə kağızlar lal olub,

lakin üsyan edir sətirlər,

Sonda məğlub olur yenə fikirlər.

 

 

16/07/2015


... dəfə oxunub
Qiymət: 9/10(10 səs)
[qiymət ver ]
Şərh yaz
5+15=
Hesaba giriş
Müəllif

ANAR. (ARLİN EDEN )
Haqqında
Ədəbiyyatı sevirəm Ədəbiyyat beynimin, musiqi ruhumun dilidir. Hər iki dildə danışmağı sevirəm.
Əlaqə
E-mail:
anar_arlin@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0237 saniye