Kainatı tərk etməyənə...
Səlimə Rüstəmova tərəfindən "Esse" bolməsinə 20:43 10 iyul 2016 tarixində əlavə olunmuşdur

Bir kitab idim mən. Qıfıla bürünmüş içi sirrlə, tufanla dolu olan bir kitab. Bilinmirdi türü nədir kitabın. Sadəcə içi boş vərəqlərlə dolu olan, daima eyni rəfdə duran bir kitab. Buna görədir həyatımda çox insanların gəlişini və gedişini seyretməyim. Çünki hərkəs o rəftəki kitabı oxumaq istəyirdi. Bəziləri qıfılı aça bilmirdi. Bəziləri qıfılı açmağı bacarmışdılar...amma gprmək istədikləri boş vərəqlər deyil idi. Heç kim bir məna çıxarmağı bacarmırdı boş vərəqlərimdən. Taki sən! Heç gözlənmədik bir anda o kitabı aldın.
Tələsmədən, səbrinlə qıfılı açmağı bacardın. Boş vərəqlərimə sənin yazıların dəydi...bəziləri məna axtarmışdı amma sən əziz dostum! O boş səhifələrə dəryalar qədər geniş bir məna yazdın. Heç kimin anlamadığı, mənim isə oxumaqdan yorulmadığım bir məna...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
7+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0329 saniye