Elm adamları dünyadan təqribən 2,6 milyard işıq ili uzaqlıqdakı “MS 0735+7421” adlı qalaktikada baş verən günəş partlayışının yeni şəklini yayıb.
2005-ci ildə NASA-nın kosmik teleskopu ilə kəşf edilən partlayış 100 milyon ildən çoxdur qamma enerjisi yayır. Alimlər mərkəzdəki nəhəng dəliyin belə bir partlayışa səbəb olması üçün Günəşdən 600 milyon kütlə çəkdiyini təxmin edirlər.
Qeyd edək ki, qamma şüalanması xərçəng hüceyrələrinə qarşı effektiv olduğundan radioterapiyada istifadə olunur.