Kapitalist sistemdə xoşbəxt insan yoxdur
Elməddin Səmədzadə tərəfindən "Digər yazılar" bolməsinə 00:39 08 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Kapitalist sistemdə xoşbəxt insan yoxdur. Marks sübut etmişdir ki, fərdin maddi asılılığı bitmədikcə o azad ola bilməz. Çünki fərd özünü bir sosial varlıq kimi yetişdirə bilməsi üçün bir imkana malik deyil. Sistem müxtəlif yollarla hər kəsi bundan uzaq salır. Fəhlə səhər işə gedir, axşam da yorğun şəkildə evə gəlir və onu heç bir mənəvi inkişaf, heç bir sosial prosses maraqlandırmır. Onu tək maraqlandıran şey sentyabrın 15-i başlayan məktəb, qarşıdan gələn payız, soyuq, yağışlı havalardır. Çünki fərd hər şeydən öncə çətin də olsa, övladını təhsilli yetişdirməyə çalışır. Bilir ki, uşağının bir cüt ayaqqabısı var onun da biri yırtıqdır, bilir ki, yağış yağanda o, nazik pencəklə küçədə gəzəcək. Ona görə də ondan sosial varlıq olmasını istəmək ona qarşı haqsızlıq olar. Siz bu insanı azad etmək istəyirsinizsə, normal vətəndaş olmasını istəyirsinizsə, ona varlı ilə bərabər seçki hüququ, seçim şansı və ya hansısa başqa bir liberal azadlıq, hüquqi bərabərlik verməyin. O, onsuzda istismara məruz qalacaq və ehtiyyac içində yaşayacaq. Siz onu o maddi problemlərdən azad edin. Bu zaman o, azad olacaq. Bilirəm, çox adama Marksdan misal gətirəndə ağzını büzür. Maraqlansan, Marksdan bir səhifə də oxumayıb, amma tənqid etməyə üzü var. Marks bu sosial prossesləri tam şəkildə izah etmişdir. Həm də 19-cu əsrdə. Üstündən 2 əsr keçib. Ətrafa baxın, dəyişən nəsə görürsünüz? Leo Hubermanın dediyi kimi, "Kapitalizm istismarçı bir sistem olmaqla yanaşı, həmçinin, israfçıdır." Siz düşünün, adi insanlar bu əzici sistemdə, maddi problemlərin məngənəsində necə xoşbəxt ola bilərlər? Özünə xoşbəxt deyənlər ya burjua zümrəsinə aid olan adamlardırlar, ya da özünü aldadan adi sizin-bizim kimi insanlardırlar. Birincinin xoşbəxtliyi ədalətsizdir, ikincininki isə absurd. Lap maddi problemləri də qoyaq kənara və unutmayaq ki, insan sosial varlıqdır. Kapitalist cəmiyyətin özəlliklərindən biri də, cəmiyyət daxilində yadlaşmanı dərinləşdirməkdir. Yadlaşma mövcud olduğu müddətcə maddi problemlərdən qurtulsa belə fərd nə azaddır, nə də xoşbəxtdir. Çünki azadlıq və xoşbəxtlik bir-biri ilə bağlı məhfumlardır. Son olaraq da onu demək istəyirəm ki, xoşbəxtlik azad olmadan mümkün deyil.


... dəfə oxunub
Qiymət: 8/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
8+13=
Hesaba giriş
Müəllif

Elməddin Səmədzadə
Haqqında
marksist-leninist
Əlaqə
E-mail:
bobmeddin@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0242 saniye