Kaş kəpənək olaraq bu dünyaya gələydim
İlkin Abbas tərəfindən "Şeir" bolməsinə 15:59 04 may 2015 tarixində əlavə olunmuşdur

Kaş kəpənək olaraq bu dünyaya gələydim...
Çiçəklərdən zövq alıb ömrü vuraydım başa,
Bir kəpənək ömrüyle mən də ömür sürəydim,
Qısacıq məhəbbətim onda dəyməzdi daşa...

Kaş kəpənək olaraq bu dünyaya gələydim...
Qanadlarım zər dolu, ipək kimi qalaydı,
Kaş bu sözü o zaman men ürəkdən deyəydim,
Deyəydim ki, pərvazım xoşbəxtliyə olaydı...

Kaş kəpənək olaraq bu dünyaya gələydim...
Çiçəklər dostum olar, çəmənlərsə məskənim,
Kaş o zaman həyatın ləzzətini duyaydim,
Nə həsrətim olaydı, nə də ki bir nisgilim...

Müəllif : ƏSMƏR QASIMLI


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
6+31=
Hesaba giriş
Müəllif

İlkin Abbas
Haqqında
Abbasquliyev İlkin Qadir oğlu ( İlkin Abbas ) 1993-cü il Dekabr ayının 8-də Naxçıvan şəhərində Ziyalı ailəsində anadan olmuşdur. Onun ədəbiyyata olan böyük marağı hələ orta məktəb illərindən başlanmış, zaman keçdikcə şeiriyyat aləminə olan sevgisi güclənmişdir. Şair 2000-ci ildə Naxçıvan şəhər Afiyəddin Cəlilov adına 12 saylı orta məktəbin birinci sinfinə daxil olmus, 4 illik ibtidai təhsilini orada aldıqdan sonra, Naxçıvan şəhər Hüseyn Cavid adına 5 saylı orta məktəbə dəyişilmişdir. Onun "ANA DİLİ" adlı ilk şeiri 2010-cu ildə yazılmış və "TƏK SƏBİR" qəzetində nəşr olunmuşdur. Bundan əlavə, gənc yazarın Şeirləri Vəhdət.org. , Shahbulaq.az, Turkbir.info, ədəbiyyat-az.com, Gundelik.info, dokkuziklim.net saytlarında dərc olunur və olunmaqdadır. Hazırda tələbədir, Subaydır. Hələ ki kitabı yoxdur.
Əlaqə
E-mail:
ilkin.abbas.90@hotmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.027 saniye