Kaş ki şair doğulmayaydım
Mirzə Lazım tərəfindən "Şeir" bolməsinə 22:59 26 may 2023 tarixində əlavə olunmuşdur

 

Özümü özümə dərd unutdurur,

Sevincli günlərim yandırır məni

Yazmıram, ürəyim didinib durur,

Yazıram, əllərim yandırır məni

 

Ürəkdə sığınaq arzulardısa,

Nə abad etmədin, nə yıxıb getdin

İçimdə nə qədər tonqal vardısa,

Bir anda qaladın və çıxıb getdin

 

Bədahət, şeirlər alov könlümdə,

Sevgimi közərdib bərq vuracaqlar

Həyat adlı coşqun dəniz ömrümdə

Yanan son gəmilər qərq olacaqlar

 

Biləydim vəfası yoxdur dənizin,

Dayazda üzəydim, boğulmayaydım

Geriyə dönmək də boşdur, əzizim,

Kaş ki mən heç şair doğulmayaydım


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
8+28=
Hesaba giriş
Müəllif

Mirzə Lazım
Haqqında
Bir gün bütün balıqların günəşə qovuşması diləyi ilə...
Əlaqə
E-mail:
mirzelazim@gmail.com
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0225 saniye