Kaş
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 14:46 27 noyabr 2015 tarixində əlavə olunmuşdur

Şüurumuz, ağlımız nə verir bizə,

Fikirdən, qüssədən, dərddən savayı.

Kimləri görürük ömrümüz boyu,

Cəmlərdən savayı, fərddən savayı.

 

Quş olub uçaydım kaş hər tərəfə,

Qarşımda nə sərhəd, nə sədd olaydı.

Uçaydım bir lələk salmadan belə,

Nə qədər, nə yazı, nə hədd olaydı.

 

Keçəydim çayları, dənizləri mən,

Aşaydım tikanlı sinirləri də.

Tanrıya ən yaxın insanlar üçün

Yazaydım ən gözəl şeirləri də.


... dəfə oxunub
Qiymət: 10/10(914 səs)
[qiymət ver ]
Şərh yaz
5+5=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0236 saniye