Keçən gecə
Elnur Vahidzadə tərəfindən "Şeir" bolməsinə 20:21 28 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Keçən gecə bir şeir idin
Bu gecə musiqi olmusan,
Səsin də gəlmir , qışqırsanda,
Bəlkə heç kim bilmədən lal olmusan.

Keçən gecə qorxum idi səni itirmək,
Bu gecə sənsizlik intihardır,
Qollarım özümü qucaqlayır, payızın soyuqunda.
Bəlkə qollarını payızla dəyişmisən.

Keçən gecə namaz qıldım, üç rükət.
Bu gecə ikimizədə namaz qılacam.
Ağır olmasın əzablarımız.
Bəlkə qəbirimdə nur sən olmusan.

Keçən gecə qara saçlarında yorulub, bir siqaret çəkdim.
Bu gecə ciyərlərim oksigenə nifrət etməyə başladı.
Havasız insan yaşamır deyirlər,
Bəlkə yaşamadığım şəhərdə hava olmusan.



... dəfə oxunub
Qiymət: 4/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+18=
Hesaba giriş
Müəllif

Elnur Vahidzadə
Haqqında
İnsanlar adlanan varlığın , insan görmədən yaşamağı axtaran bir adəmdən sonrakı nəfəsəm. Düşündüyüm gecələr gördüyüm ağrılar olur. Adətən hər yazı və şeir sonrası mən özümü axtarıram və səmada doğuluram.
Əlaqə
E-mail:
corc.ourel@gmail.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0322 saniye