Keçir
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 13:11 20 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Sanma sənsiz dözürəm, günlərim ahəstə keçir,
Ötür aylar, hər ilə cəm olaraq dəstə keçir. 

Məni saldı bu oda yar niyə aşiq elədi?
Sonra da əğyar ilə gördüm boyu bəstə keçir. 

Nə xəyal eylədi bəs, getdi gözəl, dönmədi heç?
Elə bil ki dolanır ömür - günüm nəhsdə keçir. 

Həmdəm ikən mənə yar şirin məhəbbətli idi,
Sevməyir, eyb eləməz, neyçün axı qəsdə keçir? 

O qədər məşhurdur ki, "Leyli və Məcnun" dastanı,
Ümman, məktəbdə onu gənclər hələ dərsdə keçir.


... dəfə oxunub
Qiymət: 9/10(999 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.03 saniye