keçmiş zamanın zamanı keçmiş sevgisi...
Bəhram Həsənov tərəfindən "Hekayə" bolməsinə 20:29 09 fevral 2014 tarixində əlavə olunmuşdur

Kimsəsiz bir parkın kənarında kimsəsiz bir qoca skamyada oturmuşdu. Yorulmuşdu. Oturmasının səbəbi yorulması deyildi. Həyatdan yorulmuşdu. Özündən yorulmuşdu. İllərdir uzanan və bitməyən düşüncələrindən bezmişdi. Hər səhər onu bura çəkib gətirən ümidlərindən, hələ taqqətdən düşməmiş dizlərindən bezmişdi... bəzən düşünürdü ki, bədəni yorulsa bəlkə ruhu dincələrdi. Həmişə gəzdiyi yerlərə gələ bilməz və hər şey unudulardı. Ya da başı ağrılarına qarışıb ruhunu unudardı.
Yorulmuşdu... gözləməkdən deyil, gözlədiyinin gəlmədiyindən yorulmuşdu. Kimi gözlədiyini belə unutmuşdu. Bu gün hər şeyə son qoymağa qərarlı idi. Içində olanları bir kənara qoyub həyata qayıtmaq, həyatın içində əriyib yox olmaq istəyirdi.
Dərindən nəfəs aldı, kimi gözlədiyini düşündü. Ağlına ilk gələn ilk görüşləri oldu. Onunla ilk dəfə burda görüşmüşdülər. Onda bura səsli-küylü bir yer idi və onlar sakitcə həmin bu skamyada oturub bir birinin gözlərinə baxırdılar. Bir anlıq ona elə gəldi ki, həmin gözlər hardansa ona baxır. ətrafına boylandı, ürəyi çırpınmağa başladı... ayıldı... gözünə əlinə dikdi. Sanki onun əllərinin izlərini görürmüş kimi diqqətlə baxdı. Köks ötürdü. Cib saatını çıxardı, 12-yə 15 dəqiqə qalmışdı. Birazdan harda olsa gələcək. "Çox gözlədin?" - deyib, cavabını gözləmədən - "özüm bilə bilə gec gəldim" deyəcəkdi. Sonra gülə-gülə, qol-qola bütün parkı gəzəcəkdilər... yorulmazdılar bu kiçik parkı dəfə dəfə dolanmaqdan. Amma o bu gün yorulmuşdu. Həyatdan, bəlkə də onun olmadığı bir həyatdan, bəlkə də ...
Son görüşlərin xatırladı. Bu skamyada oturmuşdular. Burda hamı onları tanıyırıdı. Düz 30 il bu parkda bu skamya onların idi və heç kim bu skamyda əyləşməzdi. 1 həftəlik getməli idi, son 30 ildə ən böyük ayrılıqları olacaqdı. Əllərini möhkəm sıxdı, gözlərinə baxıb "narahat olma" - dedi. "1 həftəyə qayıdacam. Özündən muğayat ol. Havalar soyuqdu. Mənsiz çölə çıxma" - gülümsündü. Sanki bu sonuncu dəfəymiş kimi əllərini buraxmaq istəmirdi. Sonda ayağa qalxdılar. Son dəfə parkı dolaşdılar. Vidalaşdılar...
3 gün sonra geri qayıtdı. Təcili teleqramla çağırmışdılar. 30 illik həyat yoldaşı onu həyatda tək qoyub getmişdi. Aylarla özünü danladı, məzarının üstündən aralanmadı... sonra məzarlığa getmədi bir də. Bu skamyanı ziyarətgaha çevirdi...
Bura da son dəfə gəlirdi yəqin ki. Parkı söküb, yerində yenisin tikəcəklər. Daha bu skamyada olmayacaq. "Zamanın keçib sənin də, elə mənim kimi" - deyə skamyanı sığalladı. "Yeni sevgililər, yeni həyatlar üçün yeni skamyalar gələcək bura"


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
1+24=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.0232 saniye