"Keçmişdən ən gözəl xatirələr"
Susqun tərəfindən "Esse" bolməsinə 22:25 11 aprel 2014 tarixində əlavə olunmuşdur

"Keçmişdən ən gözəl xatirələr" adlı qovluğumu gördüm təsadüfən kompüterimin iş masasında. Keçmişdəki bütün yaxşı hadisələr, hisslər bir anlıq beynimdəki əsas "idarə mərkəzini" ələ keçirtdi. Qeyri-ixtiyari olaraq qovluğa daxil oldum. Burada müxtəlif tipli fayllar mövcuddur, hansı ki, görəndə, eşidəndə, oxuyanda, ilk dəfə həmin hadisəni yaşayırmış kimi xoşbəxt oluram. Ta 2011-ci ildən bu kolleksiyanı toplayıram. Elə çox da xoşbəxtlik yaşamadığmdan 3 il ərzində heç 50 fayl mövcud deyil sözügedən qovluqda. Siçanın orta düyməsini aşağı "dığırladım". Ən son xəşbəxtlik xatirəsini görəndə, digər faylları görərkən yaşadığım hissdən fərqli bir hiss yaşadım. Çünki son fayl 4 mart 2014 də əlavə edilmişdi, mən bu xoşbəxtlik xatirəsini görəndə anladığım 38 gündür xoşbəxtliyə həsrət qaldığım oldu. . . !


... dəfə oxunub
Qiymət: 9/10(11 səs)
[qiymət ver ]
Şərh yaz
7+26=
Hesaba giriş
Müəllif

Susqun
Əlaqə
Tel.:
+994515138413
E-mail:
ehmedlikenan@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0269 saniye