Kədər gözlü qadın
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 21:24 25 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Çağırımda kədərin qalıb, üzərimdə də qoxun var
İndi getdiyin yolları qayıt, otağımda soyunduğun ruhuvu apar.
Bir-iki məktubdur uzağa atıram, üzərinə qarışqalar toplaşır
İçində kədər var deyə, bir-bir hamısı məhv olurlar.
Əlləri bağlı sevginin, gecə yarı öldürdün adı bilinməyən şəhərdə
Və həmin şəhərin torpağına, bir-iki damcı göz yaşı tökdün, 
Sevginin yanında kədərli ağac böyütdük.
Sən sanki Həvva idin, məndə Adəm
Biz sevgini basdıraraq,
Növbəti nəsil üçün günahlar məzarlığı qoyduq.
İndi mən o məzarlıqda güllər əkdim
Amma görürəm ki, hamısı solur.
O, iyrənc şəhvətin altında, gizlənibdir sevgi yalanı
Sanki hər gecə yataqlarda, danışırlar məhəbbət nağılını.
Bir-birinin gözünə baxaraq. rəngbərəng yalanlar uydururlar
Dil ağızda böyüyübdür, sevgi morfinə bənzəmir artıq.
Heç nə, get as özüvü hisslərindən
Bu səhər ya bir damcı göz yaşı ilə oyan, 
Ya da yuxuda gülümsəyərək heç oyanma...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+6=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0297 saniye