KƏDƏR YUVASINI YANDIRAN SEVGİ QIĞILCIMI
Şəhla Ramazanqızı tərəfindən "Hekayə" bolməsinə 10:34 15 yanvar 2015 tarixində əlavə olunmuşdur

KƏDƏR YUVASINI YANDIRAN SEVGİ QIĞILCIMI

Bu gün həmişəki kimi hamı saat 9-da işdədir. Jalə hamıdan tez gəlib. Öz kabinetini qaydaya salmaq üçün tez gəlir. Jalə ünsiyyət quran qızdır. O qısa bir zamanda bütün iş yoldaşları ilə normal münasibət qura bilib. Özünə hörmət qazanıb. Onun ən yaxın saydığı isə Elmandır. Elman düz, sözübütöv, yalanısevməyən, bəzən də rüzgarlar kimi sərt, ən əsası das saf qəlbli bir insandır. Elmanla Jalə gününü demək olar ki, bir yerdə keçirirlər. Həmfikir olublar. Bir –birinə yardım edirlər. Zaman keçdikcə onlar yaxın dost oldular. Əsl dost kimi davranmağa başladılar. Sirləri, sözləri bir oldu.  Jalə işdən evə gedəndə də yalnızca ondan danışır, onun hərəkətlərini yamsılayır.

Aradan xeyli vaxt keçdi. Jalə ilə Elmanın münasibətləri daha da möhkəmləndi. Onlar zaman olan kimi oturub bir kənarda dərdləşir, problemlərini bir-birinə söyləyirlər. Hətta sevdiklərindən də danışırlar.

Bir gün Elman nahardan sonra qaşqabaqlı halda idarəyə gəldi. Jalə hıəmişəki kimi bu qaşqabağın yaranma səbəbini soruşdu. Elman dərdini anlatmağa başladı.

-May ayı idi. Həmişəki kimi iş dalınca getmişdim. Şəhərin Mərkəziylə gəlirdim, birdən ağ donlu bir mələk gördüm. Ağlım getdi. O qədər gözəl bir qız gördüm ki, gözəllik qarşısında özümü itirdim. İçimdə qəribə hiss keçirdim. Hələ heç vaxt belə olmamışdı. Bir an yatmışdım ,ayıldım sanki. Evə gəldim. Mənə nəisə olmuşdu. O sima gözlərimin önündə dururdu. Onun qara gözlərinin dərinliyində sirli bir aləm gizlənirdi.

Mən işimlə əlaqədar tədbirlərdə olduğum üçün tez-tez qarşılaşdıq. Sonra bildim ki, o jurnalist işləyir. adı da Sevincdir. Bu da bizim tez-tez qarşılaşmağımıza zəmin yaradan amil oldu. Onunla əlaqə yaratmağa çalışdım, xeyli cəhdlər etdim. Bu halımı görən dostlarımın mənə  yazığı gəlməyə başladı. Birisi Sevincin nömrəsini mənə verdi. Elə həvəslə, inamla, ümidlə tez-tələsik kənara çəkilib ona zəng vurdum. Əvvəl açmadı. Açanda isə “Yox” cavabını söylədi.  Bəlkə də bu bir səhvim idi ki, sevdiyim qızın nömrəsini özündən deyil, başqa birisindən aldım. Növbəti dəfə Sevinc işdən evə gedəndə onu saxladım və ürəyimdə bəslədiyim hislərimindən bəhs etdim. Cavabını kaş heç duymayaydım. Saf hislərimi rədd etdi. Küsdüm...

Aradan bir müddət keçdi və ürəyim mənimlə növbəti oyununu oynadı. Ona yenə sevgimdən danışdım. Dəyişən, güclənən mənim duyğularım imiş, sən demə. Keçən zaman məni Sevincə o qədər uzaqlaşdırmışdı ki, sözlə anlada bilmirəm. Bu dəfə lap sərt, etinasız şəkildə “yox”- dedi. O gündən sonra bacardığım qədəriylə ondan uzaq durmağa çalışdım. Nömrəsini telefonumdan sildim. Amma yenə sevdim və daha güclü. Demək ağlımdan silə bilmədim. Bir məşhur mahnıda deyildiyi kimi “Sana git diyemem, ama kal demek te gelmiyor içimden”. Düzdür onu görəndə baxmaya bilmirəm, ürəyimlə bacara bilmirəm. Amma görməyəndə unutmağa çalışıram. Son tədbir zamanı üzümə baxdı. Mənsə qırılmış qəlbimin küskün aynasını ondan qaçırdım. Onu çox sevirəm. Bilirsənmi heç bir qızı hələ belə sevməmişəm. Amma ona qarşı bir küskünlüyüm, incikliyim var.

Elman heç vaxt guman etməzdi ki, eyni vəziyyətdə olan insan Jalədir. Hətta Jaləyə deyirdi:-Jalə, görəsən, mənim dərdimdə olan insan varmı?

Aradan bir müddət keçdi. Bir dəfə də növbə Jaləyə çatdı.

-Mən ilk dəfə onu görəndə sevmədim. Tədricən zaman keçdikcə öyrənməyə başladım. Ona ilk sevgim tədbirlərin birində başladı. Sonra yavaş-yavaş davam etdi. Onu sevdiyimi ən əsası ilk dəfə əlimdən tutuanda bildim. Sonra növbəti dəfə baxışlarıyla... Zaman mənim əleyhimə işləyirdi.  Ən əsası da bilirsənmi nədir? Elman sən bilirsən ki, Sevinc səni sevməsə də, ən azı başqasını da sevmir.  Ümidin var. Amma mən... Mənim heç bir şansım yoxdur, başa düşürsənmi?! Elman, mən onun xoşbəxtliyini istəyirəm və buna çalışıram. Bir acı gerçəklik var ki, o mənimlə deyil, başqasıyla xoşbəxt ola bilər.  Ona görə də ürəyimdə yenicə boy atan pöhrəni qırıram. Elman səninlə mənim fərqim çoxdur. Sən sevdiyini insana ürəyini açanda nə cavab verəcəyini bilmirdin.  Amma mən bilə-bilə vuruldum. Ona görə də sevginin nə zaman, haradan, hansı rüzgarlarla, ya da mələklərin qanadlarında gələcəyini bilmək olmur. Elman onun ilk dəfə əli əlimə toxunanda, əllərimi möhkəm tutanda bir an içimdə qəribə duyğular baş qaldırdı. İndiki kimi gözümümn önündə canlanır. Sol tərəfimdə idi, sol əlimi tutmuşdu. ELə bil, bir başa duyğular əllərdən ürəyə axdı. Bu ilk həyəcanım oldu. Növbəti dəfə əlimi sıxıb görüşdü. Bacardığım qədər ondan, əslində isə özümdən qaçmağa çalışdım. Amma olmadı. Gözlərimi sevmirəm. Çünki o, ürəyimi sağalmaz xəstəliyə düçar etdi. Bilirsənmi, Elman, mən onu qarşılıq gözləmədən, Onun məni haçansa sevəcəyinə ümid etmədən sevdim. Bəzən düşünürəm , görəsən, bu sevgimə görə nə vaxtsa həqiqətən peşman olacağammı?

Elman bu danışdıqlarım sadəcə olaraq ikimizin arasında qalmalı, anladığın qədəriylə sirdir. İlk insansan ki, sənə danışıram. Bağışla səni də dərdlərimlə yüklədim. Mənim bir tək arzum var. Onun siması təsadüf hallarda gülür., demək olar ki, həmişə qaşqabaqlıdır. İstərdim ki, o öz sevgilisinə tez qovuşsun. Yəqin ki, o zaman üzü də, qəlbi də gülər. Anlamağa çalışıram onun gözlərində olan dərin bir kədər yuvası nə zamandan yaranıb? İstəyirəm ki, kədər yuvası sevgi qığılcımlarının atəşində yanıb məhv olsun. Neçə dəfə istəmişəm ondan uzaq olmağı, amma bacarmamışam. Təəssüf ki.Bunun çox səbəbləri var. Amma ən əsası onsuz bir həyatı istəmədiyimdəndir.  Bəlkə də onun olmadığı bir həyatı qura bilərəm. Amma onun baxışlarını əvəz edə bilən heç nə yoxdur. Onu görəndə susuzluğum, aclığım hamısı gəlib keçir.

Elman: -Jalə, sən istərsənmi o səninlə evlənsin.

Jalə:-Yox, Elman o mənimlə xoşbəxt olmaz, onun xoşbəxtliyi Sevincdir. Mən isə... Başqasından həyat oğurlaya bilmərəm.

Elman:-Jalə sən bizi barışdır,münasibətlərimizi qaydasına sal, mən də sənə kömək edəcəm.

Söz verdi. Özü də bilmədi ki, nəyə söz verdi.

Jalə yeganə dostuna qarşılıqsız kömək edəcəyini öhdəsinə götürdü. Elmandan ayrılan Jalə öz otağına  gəldi. Ağladı, amma səssiz, kimsə duymasın deyə, ağladı amma göz yaşı olmadan kimsə görməsin deyə.

Jalə verdiyi sözü tutdu və Sevinclə münasibətini mehribanlaşdırdı. Hətta onun ən yaxın rəfiqəsi oldu. Elmanı ona sevdirdi. Zaman  keçdikcə Elmanla Sevincin münasibəti dərinləşdi və onlar nişanlandı. Toya bir gün qalmış Elman Jaləyə veridyi sözü yerinə yetirmək üçün ondan sevgilisinin adını soruşdu. O heç nə demədi. Susdu və getdi. Toy oldu. Toy günü Jalənin halı çox pis oldu, həm də çox sevinirdi, ürəyi şad, gözləri isə gülürdü. Jaləyə də məhz bu lazım idi. Elmanın xoşbəxt olmağı. O bu gün çox xoşbəxt idi. Jalənin daha arzusu qalmamışdı.

Bİr müddət vaxt keçdi. Həyat öz axarıyla davam edirdi.  Jalə artıq nişanlanmışdı. Elman Sevinclə Jalənin nişanını təbrik etmək üçün yola düşdülər. Yolda qəza oldu və Sevinc ağır yaralandı. Jalə Elmanla danışanda qəza baş verdiyi üçün hadisədən Jalənin də xəbəri oldu və dərhal xəstəxanaya gəldi. Həkimlər Sevincin yanından çıxıb son sözlərini söylədilər. Ürək əməliyyatının keçirilməsi vacib oldu. Ürək tapılmadığını görən Jalə xəstəxananın ayaqyoluna getdi və ondan soraq gəlmədi. Ayaqyoluna gedən xəstənin biri Jaləni qan içində görüb qışqırdı. Jalə canına qəsd etdi. Jalə öldü və onun ürəyini Sevincə köçürdülər. Jalə ölərkən yanında bir kitabça da var idi. Son qeyləri edilmiş. Elman bunu da götürdü.

Sevinc sağaldı. Sonra günlərin birində Elmanın yadına Jalənin kitabçası düşdü. Yerindən qalxıb kitabçanı götürdü və sakitcə yerində oturdu. Onu oxuduqca Elmanın rəngi dəyişdi, halı pis oldu. Bu Jalənin gündəliyi idi. Gündəlikdə bunlar yazılmışdı. Sevdiyi insana olan hisləri, ən kiçik münasibətləri, hamısı...Oxuyub sonuncu səhifəyə çatdıqda sonuncu sözlər gözlərinin önündə dayandı. “Mən ona verdiyim sözü tutdum, onu xoşbəxt edən, üzünün gülüşünü ona qaytaracam. Qəlbimi ona verəcəyəm ki, Sevinc də onu mənim qədər sevsin. Gizli də olsa, başqa bədəndə də olsa, sevdiyimə qəlbim yaxın olsun. Onu Sevincini duya bilim”

Elman oxudu, ağladı, susdu, danışa bilmədi. Bundan sonra Elmanın üzünün gülüşü əbədi olaraq  yox oldu. Əsl sevgini yanından ötüb keçdiyini görmədiyi üçün çox pis oldu. Zamanla hər şey unuduldu. Amma Jalənin duyğuları Elmanın yaddaşından heç silinmədi.

11.07.2014

 

 

 


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
10+3=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0335 saniye