Kədər
Afig Huseynov tərəfindən "Esse" bolməsinə 00:06 25 may 2014 tarixində əlavə olunmuşdur

Hərdən elə hiss edirəm ki,sanki kədərin gümüşü telləri ilə qəlbimdə nə varsa hamısını sökürlər çıxarırlar,üyüdüb toz halına salırlar və  nə üçünsə ürəyimin üzərinə səpələyirlər.Bu zaman elə bil qəlbimi yorgunluq və qəribə sıxıntı doldurur.Budur mən qəlbimin qaranlıq döngələrində dolaşıram.Orada nağıllarda deyildiyi kimi ilin dörd fəslini görmək olar.İndi,mən Payız məhəlləsindəyəm, o mənim ürəyimi nazik ,boz duman qatı ilə örtür,getdikcə yol qızılı rəngə boyanır.Sürət qatarı ilə Bahar və Yay fəsilləri məhəlləsinin yanından keçərək Qış fəslinə düşürəm.Amma burada parıltısı ilə bərq vuran düm ağ qar əvəzinə boz - qara rəngli palçıqlı yolları görürəm...Mən özümü axtarıram və tapa bilmirəm.Nəinki özümü , heç kimi tapammıram.Hisslərimin örümçək toruna bənzər labirintlərində itmişəm və bura necə gəlib çıxdığım yol da yadımdan çıxıb sanki.Təkcə yorğun ürəyimin üstü açılmış məftilləri gözə dəyir.Bircə şeyi ayırd edə bilmirəm ki ,nə yaxşıdır-məhəbbətin iztirabı, yoxsa sakit və rahat təklik...


... dəfə oxunub
Qiymət: 9/10(12 səs)
[qiymət ver ]
Şərh yaz
1+16=
Hesaba giriş
Müəllif

Afig Huseynov
Haqqında
Bakı Dövlət Universitetinin Mexanika-riyaziyyat fakültəsini 1978 ci ildə bitirmişəm.
Əlaqə
E-mail:
afiq@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0337 saniye