Kədərli gözəlim
Bəhram Həsənov tərəfindən "Şeir" bolməsinə 04:39 27 oktyabr 2012 tarixində əlavə olunmuşdur

Üzündə gördüyüm o kədər nədir

Belə görməmişdim heç zaman səni

Əvvəllər ağlıma gəlməzdi mənim

Kədərli görərəm bircə an səni

 

Üzünə yaraşan şux təbəssümün

İndi yox olmuşdur görəsən nədən

Yoxsa mənim kimi kədərlənirsən

Sən də nakam olan məhəbbətindən

 

Gözlərin parlamır əvvəlki kimi

Sanki bənizin də solğunlaşıbdı

Elə bil o nazlı gözəl deyil bu

Elə bil o tamam başqalaşıbdı

 

Üzündə gördüyüm o təbəssümün

Mənə dərdlərimi unutdururdu

İndisə həmin o qəmli baxışlar

Mənim ürəyimə min yara vurdu

 

Dərdlərim çox idi, biri də artdı

Suallar içində çaşıb qalmışam

Sənin kədərinin nədir səbəbi?

Bu sualda mən dolaşıb qalmışam

 

Yaxşı anlayıram indi mən səni

Çünki mən özüm də dərd içindəyəm

Qəlbimin çəkdiyi bu ağrıları

Yavaş-yavaş yazır qələm


... dəfə oxunub
Qiymət: 8/10(4 səs)
[qiymət ver ]
Şərh yaz
9+31=
Hesaba giriş
Müəllif

Bəhram Həsənov
Haqqında
Bakı Slavyan Universiteti
Jurnalistika ixtisası (Məzun)
Əlaqə
Tel.:
+994557555713
E-mail:
bahram.hasanov@mail.ru
Sosial şəbəkə:
Facebook
Twitter
Ordenlər
Nazim Hikmət Ordeni
YouTube-da izlə
Facebook
0.027 saniye