Kəlbəcərə gedən yol
Tural Sahab tərəfindən "Hekayə" bolməsinə 20:02 21 aprel 2014 tarixində əlavə olunmuşdur

 

 

Uzun bir zaman, sülh umidi ilə yaşayan Azərbaycan xalqının artıq səbri tükənmiş,millət savaşa hazırlanırdı.Tofiq də dövlətin bir fərdi kimi oxuduğu fakultəni yarıda buraxıb,cəbhəyə yollandı.Geridə buraxdıqlarını düşünmədən,o çox sevdiyi nişanlısını, anasını, bacısını düşünmədən....

Ordumuz Kəlbəcər uğrunda gedən döyüşlərdə çox böyük itgilər verirdi, ermənilər bu qalanı əldən vermək istəmir,qudurmuş köpəklər kimi müqavimət göstərirdilər. Hər verilən şəhidlə bir addım irəlləyən ordumuz bayrağımızdakı hilalı yenidən boyayırdı. Təkbirlər düşməni qorxudarkən mələklər son dəfə yer üzərinə enib, tanrının bayrağını daşıyan türk əsgəri ilə bir yerdə savaşırdı.

Əlindəki avtomatla irəliyə doğru gedən Tofiq bir müddət sonra birliyindən ayrıldığının fərqinə vardı. Ətraf dumanlı olduğundan olduğu yeri təyin edə bilmirdi. Birdən bir xəyal kimi görünən qayaların arxasından güllə səsi eşidildi. Özünü yerə atan Tofiq düşmənə silahı ilə cavab verməyə başladı, atışma irəllədikcə yarasından axan qan onu taqətdən salırdı.

Ona güc verən hərdən eşitdiyi it zingiltisinə oxşar düşmən səsləriydi. Artıq güllələri tükənmək üzrəydi, sanki bunu başa düşən düşmən getdikcə daha da yaxına gəlir, yaralı əsgəri sıxışdırırdı. Silahında tək bir güllə qalmışdı. İndi onun qarşısında iki yol vardı. Ya qalan son gülləsini başına sıxacaq, ya da ayağa qalxıb bir düşməni daha vurduqdan sonra süngüylə irəli atılacaq, bəlkə də əsir düşəcəkdi.

Bir anlıq düşünməyə başladı: hansı vəziyyətə olursa olsun özünü öldürmək günahdı inandığı dinə görə. Ayrıca dövləti o gülləni düşmənə atmaq üçün vermişdi, özünü öldürsün deyə deyil

Şəhadət gətirib ayağa qalxdı və elə qalxan kimi bir düşməni yerə sərdi. Artıq tək yol qalırdı geriyə, süngüsünü çıxarıb qarşılaşdığı itlərdən birinin boğazını kəsdi, lakin gücdən düşdüyündən yerə yıxıldı. Onu iki erməni əsgəri sürüyə sürüyə harasa aparırdı. Ətrafında olanlar ona yuxu kimi gəlir, reallıqdan uzaq, düşüncə ilə röya arası bir zamanın içində sevdikləri ilə vidalaşırdı.

Bu vidaların ən ağırı sevdiyi ilə olandı. Gözlərindən  axan yaşlara əngəl ola bilmədi. Tofiqin göz yaşlarını görən düşmən əsgəri onun qorxudan ağladığını düşünüb bərkdən güldü. Son gücünü toplayan Tofiq başını qaldırıb düşmənin üzünə tüpürdü.

Buludlar yavaş-yavaş dağılırdı. Artıq üç rəngli bayrağımız Kəlbəcərin yalçın qayalıqlarında dalğalanır, şanlı türk əsgəri yeni zəfərlərə doğru gedirdi. Bu yolda minlərlə Tofiqi itirsə belə.

 


... dəfə oxunub
Qiymət: 7/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
4+30=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0219 saniye