Adam kəlmə axtarışında idi. "Onu" ifadə edə biləcəyi kəlmənin axtarışında idi. Hər kitabın sətirlərini dəfələrcə oxumuş, yenədə yarımçıq qalmışdı ifadəsi. O an anlamışdı kəlmələrin kifayətsiz olduğunu. Sevdiyi qadını ifadə etmək...bu kəlmənin qavramına belə vara bilməmişdi adam.
-"Onun qar kimi bəyaz təni, günəşin işıqları altında sanki parlaq ulduzu yansıdır. Açıq qəhvəyi saçları və səhra gözləri, günəşin onu ələ almış incə cizgiləri və məsum bir təbəssümü insanda xoş bir ifadə əks etdirir. "- Sanki yenədə neçə mil uzaq...yetərsiz qalmışdı kəlmələri.