Yazar.in saytının “5 Sual, 5 Cavab” layihəsində növbəti qonaq Susqun təxəllüslü Kənan Əhmədlidir.
SUAL 1: Xoşbəxtliyə çatmaq üçün hansı yollardan istifadə etmək lazımdır?
Cavab 1: Fikrimcə, xoşbəxtliyin necə bir şey olduğunu anlamaq üçün əvvəlcə bədbəxtliyi anlamaq lazımdır, bədbəxtliyi dərk edən şəxs öz xoşbəxtliyini necə tapacağını, artıq, özü biləcək.
SUAL 2: Həyata baxınışız bir qədər fərqlidir. Yəqin ki, oxuduğunuz kitabların burada təsiri böyükdür?
CAVAB 2: Əlbəttə. Kitablar insan düşüncəsini "180 dərəcə" dəyişə bilər.
SUAL 3: Yazılarınızda məsləhətli kitablar məsələsinə toxunursunuz. Bəs, hər bir insanın oxumalı olduğu kitabları sadalaya bilərsinizmi?
CAVAB 3: Karl Marksın "Kapital"ı, Oşonun "Tanrı kompleksi", "Kişilərin kitabı", "Qadınların kitabı", "Sadəcə özün ol"u, yəhudilərin 19 cildlik məntiq kitabı olan "Talmud"u və s. tövsiyyə edərdim. Məncə, bu kitablar həyatda öz fikirlərini formalaşdırmaq istəyənlərə kömək edə bilər.
SUAL 4: Tanrını bir neçə cümlə ilə təsvir edə bilərsinizmi?
CAVAB 4: Cəmiyyətdə, həm güclü, həm zəif insanlar var. "Kabballahda" yazıldığı kimi desək, cəmiyyət "idarə edənlər" və "idarə olunanlar"dan ibarətdir. "İdarə edənlər" idarə etmək üçün ya qorxutmalı ya da özlərini sevdirməlidirlər, ən asanı isə birinci seçimdir. Din tarixin ən güclü siyasi ideologiyasdır, və dini başçılar - "tanrılar" da insanları qorxutmaq üçün ən yaxşı qeyri-müəyyən varlıqlardır. Təsadüfi deyil ki, "kainatın ən güclü kitabında" - "Quran"da bircə dəfə də olsun, "sevin, sevmək, sevgi" tipli sözlər yoxdur, lakin ən gec 10 ayədən bir cəhənnəm əzabı, qorxular və s. vardır.
SUAL 5: Yazar.in-də yüksək reytinqə sahib müəlliflərdənsiniz. Digər müəlliflərə yazılarının daha çox oxunması üçün hansı məsləhətləri verə bilərsiniz?
CAVAB 5: Məncə, fantaziya daha çox sevilir. Bir də, gərək, çalışaq öz fikirlərimizi yazaq, plagiat yox, məncə bu daha yaxşı olar.