Kənan Susquna ithaf, o "Xoşbəxtliyi" axtardı, mənsə "Ədaləti". O heç nə tapmadı ama mən köhnə sinfyoldaşımı tapdım
Amal Ali Efe tərəfindən "" bolməsinə 23:56 18 aprel 2014 tarixində əlavə olunmuşdur

 

Tarix oxuyurdum. "Cənnət qəbzlərinə" rast gəldim. Təsəvvür edin bütün həyatınız boyu kef edirsiniz, həyatınızın sonunda müəyyən miqdarda pul verirsiz və günahlarınız bağışlanar. Belə bir şey. 100.000 oğurlayırsınız 10.000-i kilsəyə verirsiz ki günahlarınızdan keçsin. Bilirəm bunları oxuyanda əksəriyyətimizdə sadəcə gülüş hissləri yaranır. Gülməyin, bu gün bizdə beləyik. Bir müsəlman dostum var idi. Deyirdi ki Həccə getməsən cənnətə düşməyəssən. Yenə cənnət qəbzi misalı olmur? Sadəcə güzgüdə özümüzü görək. Universitetlərimizdə. Tələbələr dərslərdən qaçır. Semestr sonu isə pul verib qiymətləri və savadı pulla alırlar. Burda rüşvət verən tələbələr yox, Alan müəllimlər də günahkardır. Deyəcəksiniz ki axı sənə nə? Kim nə edir özü bilər. Mənə nə?

Mənim adım Amaldır. Vicdanım var, bəli arada söhbətləşirik. Psixoloji problemlərim var. Çünki düşünürəm. Düşünürəm ki bu cür müəllim-tələbə kollektivi bəladır. Niyə? Savadısz həkimlərin əlində sevdiklərinizdən birini itirəndə həkimi, xəstəxananı, söyür, dövlətə şikayət edirik...

Savadsız müəllimlərə nifrət edirik. Heç kəs istəmir ki öz uşağı savadsız müəllimlərin yanına getsin və ya onlardan təhsil alsın. Belə bir hal baş verəndə yenə radikallaşırıq... Yenə şikayət, yenə söyüş....

Polislərə şikayətlər edirik. Əksəriyyəti qarınlarının həcmindən rahat hərəkət edə bilmir. Yanında dükan soyub qaçsalar arxasınca düşə bilməz. Sadəcə kiminsə evin yıxmaqla məşğuldular. Yol polisləri daha betərdir işləri sadəcə radar ya da kəmərdən "cəza" yazmaqdır...

Mən indiyə qədər məhşur bir insanin oğlunun düşmən Gülləsinə tuş gəldiyini görməmişəm. hər şəhid olan əsgər kasıb ailələrdən çıxır. Mən ədaləti çox axtardım hara baxsamda onu görmədim.

 


... dəfə oxunub
Qiymət: 9/10(5 səs)
[qiymət ver ]
Şərh yaz
8+21=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0212 saniye