KƏPƏNƏK ÖMRÜ
Əlsəftər Dayı tərəfindən "Hekayə" bolməsinə 15:41 21 dekabr 2015 tarixində əlavə olunmuşdur

KƏPƏNƏK ÖMRÜ

Uzun sürən qaranlıqdan sonra axır ki, gözləri nuru gördü. Buna görə hədsiz sevinc hissi qəlbini və özünü cuşa gətirdi. Bu ani sevinc onu qanadlandırmaaq üçün kifayət idi. Hər nə qədər ona görə qanadlanma səbəbi gözlərinin nuru seçə bilməsi olsa da o artıq bunu adi sayırdı. Onun üçün xoşbəxtlik artıq səmada ola bilmək idi. Yuxarıya doğru hərəkət etdikcə hər şeyi fərqli görməyə başlamışdı. Əvvəllər dünyanın ondan ibarət olduğunu düşündüyü yarpaqdan indi yüzlərlə idi. Bu yarpaqları özündə birləşdirən ağaclardan belə onlarla var idi. Artıq həm yarpaq həm ağac onunçün adi bir şeyə çevrilmişdi. Bu adiləşmələr onu başqa bir hisslə, qorxuyla tanış etdi.

          Bu anda diqqəti digər bir canlıya yönəldi. Bu canlı ağacdan dəfələrlə kiçik idi, amma çox qəribə bir şəkildə onu özünə tərəf cəzb edirdi. Bu sehirli bağ onu səmadan enditməyə başlayır və şövqlə səmaya qalxmasını xatırladı indi eyni şövqlə yerə enirdi. Geriyə dönərkən yarpaqların arasından keçməli idi. Bu dəfə artıq adiləşmiş keçmiş dünyasının yanından ötərkən hər şeyə diqqət etməyə çalışırdı. Yarpaqların üzərində yaşayan və dünyası o yarpaqdan artıq olmayan qəribə canlıları gördükcə qəribə hisslər keçirirdi. Yuxuymuş kimi xatirələr yaranırdı beynındə, beləki o nuru ilk dəfə bu gün görməmişdi əvvəllər də nə vaxtsa nuru görmüşdü amma nədənsə o günü heç xatırlaya bilmirdi.

          Bu düşüncələrdən ayılanda özünü onu özünə çəkən həmin sehirli varlığın yanında tapdı. Bu sehirin səbəbini öyrənmk istəyirdi amma bu gözəl sehirli varlığın həm dilini bilmirdi həm də onu narahat etmək istəmirdi. Lakin sehirli varlıq dilə gəldi: - “ Salam” – Sehirli varlığın onun dilini bilməsinə elə sevindi ki, az qala yenidən səmaya qalxacaqdı. Sehirli varlıq ona yeni hədəf təqdim edəcəkdi: - “Mən sənə qida və gözəllik bəxş edəcəm, sənsə qarşılığında sənə verəcəyim hədiyyələri digərlərinə çatdırmalısan”. Yalnız indi sehirli yuxudan ayılıb ətrafa baxa bildi. Hər tərəf sehirli varıqlarla dolu idi. Nəhayət özünü toplayaraq dilə gəldi: “ Bəs əsn kimsən?” Sehirli varlıq gülümsündü: “ Çiçək”. Bu söz niyəsə ona çox yaxın gəldi. Bu yaxınlığın səbəbini anlamasa da bunun da xatırlamadığı keçmişlə əlaqəli olduğunu düşündü və ehtiyat və həyəcanla çiçəyə yaxınlaşmağa başladı...

<<<<<>>>>> 

          Artıq saysız çiçəklə tanış olmuşdu. Hər çiçəklə də eyni şeyi edirdi və artıq bu onunçün adi məşğuliyyət idi o çiçəklərdən qida və gözəllik alır əvəzində çiçəklərin ona verdikləri hədiyyələri digər çiçəklərə çatdırırdı. Artıq bilirdi ki, hər nə qədər onun çiçklərə ehtiyacı vardısa bir o qədər də o çiçəklərə gərəkli idi.

          O etməli olduğu hər şeyi etmişmiydi? Sonuncu çiçək ona hədiyyələrin mahiyyətini başa salarkən anlamışdı. Çiçəklər bir birini ona verdikləri hədiyyələr vasitəsiylə tamamlamışdılar. O da öz yolunda son zirvəni, tam olmaq zirvəsini tamamlamalı idi. Bunu necə edəcəyini bilmirdi. Onun kiməsə verəcək hədiyyəsi də yox idi. Bu hədiyyəni yola salmalı olduğu biri də. Nəyi tapmalı olduğunu da, onu necə tapacağını da bilirdi amma harda axtarmalı idi?

          İstədiyi olmuşdu. Eyniylə çiçəklə tanışlığında olduğu kimi yenə də hansısa sehirli qüvvə onu hərəkətə gətirdi. Bu dəfə daha rahat idi. Bu qüvvə bir dəfə onu hədəfə aparmışdı yenə də belə olacaqdı.

          Son zirvəni fəth edə bilməsi üçün hərəkətə keçərkən bu mənzərəni görəcəyini heç düşünməmişdi. Ətrafı son zirvəni fəth etməkçün qanadlananlarla doludur. Və o, məhz özünü tamamlayacaq olanı tapmalıdır. Son zirvənin fəthi məhz bu ən çətin seçimdən asılıdır...

SON


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
3+35=
Hesaba giriş
Müəllif

Əlsəftər Dayı
Haqqında
Şərhlər mənimçün çox önəmlidir...
Əlaqə
Tel.:
0504211127
E-mail:
husen_esgerov@live.com
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0316 saniye