Kəpənək Sevgilər!!!
Sevinc Bayramova tərəfindən "" bolməsinə 04:12 23 sentyabr 2012 tarixində əlavə olunmuşdur

Namus köhne nene sandığında, baba papağında gizlenib. Geyimde parçaya qenaet arsızlığın limitindedir. Mentalitet, ağızlarda çürüyen çeynenmiş saqqızdı. Podyumlar et, küçeler qeyret bazarıdır. İndilerde hamının azarıdır kepenek sevgiler...

Daha gözlerde namuslu baxışlara rast gelmek olmur. Sevgi, beyinleri alt-üst eden bir neçe saniyelik şehvet qeder besitleşib. Heyecandan söz tutmayan, dolaşıb düyün düşen diller indi her an yeni bir yalana hamiledir...

Mehebbet dünyasında üsyan qalxıb. Ehtiras adlı qul zindandan azad olub. Sevgi taxtından düşüb, daha yeri ürekler deyil... Öz doğma diyarından qovulub. Çetin bir de geri qayıda. O, öz yerini yanıq seslerde, köhne neğmelerde unutdu. Toz tutan kitab reflerinde, saralmış kinolentlerde qaldı. Qorxub qaçmadı, mecbur olub terk etdi. Dözmedi bu qeder alçalmağa, bir günlük yaşanıb yox olmağa. Tab getirmedi bir gecelik otel otağında unudulmağa. Menliyine sığışdırmadı ve terk etdi bizleri. Yerini bir günlük sevgilere qoyub getdi. 

Cemi birce günlük Kepenek Sevgilere.


... dəfə oxunub
Qiymət: 6/10(3 səs)
[qiymət ver ]
Şərh yaz
3+28=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0219 saniye