Kiçik bir dalğanın hekayəsi
Yusif Sadıqlı tərəfindən "Hekayə" bolməsinə 19:59 09 sentyabr 2014 tarixində əlavə olunmuşdur

Bu, keçmiş zamanlarda okeanda ləpələnən kiçik bir dalğanın hekayəsidir.

O, külək və təmiz havadan həzz alırdı, ətrafındakı digər dalğaların
sahilə çırpıldığını gördüyü o vaxta qədər. «Allahım, bu dəşhətlidir», -dalğa dedi. «Mənim başıma nə gələcəyinə bir bax!» Sonra birdən, başqa bir dalğa yaranır. O, əhvalı pis görünən birinci dalğaya baxır və deyir: «Nə üçün bu qədər qəmgin görünürsən?»

Birinci dalğa cavab verir: «Sən başa düşmürsən! Bizim hər birimiz yox olacağıq! Səncə, bu qorxunc deyil?»

İkinci dalğa söyləyir: «Yox, sən başa düşmürsən. Sən dalğa deyilsən, sən okeanın bir parçasısan!»

«Bəzən biz yalnız özümüzü düşünməkdən əl çəkib, həyata daha böyük pəncərədən baxmalıyıq.» — Amy Alusa

Mitch Albomun «Mori ilə çərşənbə axşamları» adlı kitabından.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
6+22=
Hesaba giriş
Müəllif

Yusif Sadıqlı
Haqqında
Hekayə oxumaqdan zövq alıram. Bloquma da bir hekayə bloqu kimi baxa bilərsiniz. Vaxtaşırı sizi oxuduğum maraqlı hekayələrlə tanış edəcəm.
Əlaqə
E-mail:
yusifsadiqli@box.az
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.028 saniye