Kiçik bir əhvalat
Nigar Şahsuvarova tərəfindən "Hekayə" bolməsinə 09:28 09 oktyabr 2014 tarixində əlavə olunmuşdur

Tumbanın üstündəki telefonun zəngində hövnlak ayılıb key-key otağa nəzər salaraq özünün harada olduğunu aydınlaşdırmağa çalışırdı.Göz qapaqları sözə qulaq asmayıb qapananda yorğanı kənara çəkkdi. Dirsəklənib gözlərini ovxaladı. Pırtlaşıq saçlarını qarışdırıb telefonu əlinə aldı.Saata baxıb gözlərini dəfələrlə yumub açdı.

Soyuq payızın yağışlı, üstəgəl dumanlı mənzərəsi. Pəncərədən seyr edə-edə əlində saxladığı fincandan isti çayını qurtumlayırdı. Gözlərini qıyıb nəyisə yadına salıbmış kimi gülümsədi. Addımlarını işə salıb stola doğrulandı. Əyləşib çörəyə yağ, şor yaxıb ləzzətlə yeməyə başladı.

Anası ilə telefon söhbətini tamamlayıb divanda əyləşərək ayaqlarını jurnal masasının üzərinə qoydu. Noutbuku açıb internet aləminə giriş etdi.  Retro mahnılardan birinin sədası otağa yayıldı.

Yağış kəsilsə də, qoxusu hiss edilirdi. Üstəlik, göy üzünü bürüyən buludlar hələ də yerlərdən tərpənməmişdilər...

Metro basabasından qurtulub dayanacağa gəldi. Qol saatına nəzər saldı. Əllərini cütləşdirib ağzına yaxınlaşdıraraq isti nəfəs verdi. Ətrafa nəzər salaraq analiz etməyə başladı. Elə bu zaman gənc qızın qəmzəsi onun gözünü qamaşdırdı. Qız yanındakı rəfiqəsi ilə şirin-şirin söhbət edərək qısa saçlarını dalğalandırırdı.

Avtobus gələndə cəld mindi. Arxada boş yeri görüb oraya cumdu. Rahatlaşıb başını şüşəyə söykədərək izləməyə başladı. Birdən gözünə keçəl adam sataşdı. İstər-istəməz gülümsündü.

Uşaqkən bərbər yanına saçlarını formaya salmağa gedərkən onun dediyi sözləri hələ də yadında saxlamışdı. Səlim kişi Heydərin gur saçlarına əsəbiləşirdi arada. Balaca Heydər nəfəsini içəri çəkib bərbərə bərəlmiş gözlərlə aynadan tamaşa edirdi. Səlim kişi deyərmiş ki, sənin saçların 25  yaşından sonra töküləcək.

Amma kəhanət gerçəkləşmədi.

"25-i keçdim e, Səlim əmi. Bugün-sabah 30 yaşım olacaq təəssüf ki!"

Avtobusdan düşüb çalışdığı şirkət binasına baxaraq əllərini paltosunun cibinə saldı. Tələsmədən addımlarını irəli atdı.

Daxil olub qarşısına çıxan hər kəslə görüşərək hal-əhval tutdu. Və birdən gördüyünə inanmaqda çətinlik çəkdi. Bu ki, Səlim əmidir. Saçları xeyli ağarmış bərbər düz onun qarşısında dayanıb təbəssümlə seyr edirdi...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
4+34=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.029 saniye