Kiçik qəhrəmanlar
cəmilə tərəfindən "" bolməsinə 20:33 08 iyul 2014 tarixində əlavə olunmuşdur

Səssizlik var şəhərdə.Bu qədər insan varkən.Bu qədər səs küy varkən.Harda oxumuşdum bilmirəm.Deyilir ki, ətrafında sizi anlayan insanlar yoxdursa, deməli siz səssizliyiə qərq olunmusunuz.Deyəsən mən də eləyəm.Evdə sıxılıram,işdə sıxılıram, dostlarım arasında sıxılıram, şəhərdə.. hər yerdə sıxılıram.Səbəb varkən də sıxılıram, yoxkən də sıxılıram.Bəzən öz özümdən sıxılıram.25 ildir dəyişməyən həyatımdan.Camaat nə deyəri heç vaxt önəmsəməyən biri olmuşam mən.Qadın olmaq çətindir Azərbaycanda.Yeri gəlsə çox qınayıblar məni.Amma bəli bugün arzularıma çatmışam.Bir zamanlar arxamca fahişə deyən bütün kişilərin xəyallarında qadınam.Amma onlar mənim?Yox əlbəttə.Tanımadıqları qadın arxasınca danışan kişi deyilsə, mənə ondan nə ər olacaqaxı?!Bilmirəm bəlkə də, Azərbaycana qayıtmaqla düz etmədim.Çıxıb getmişdim buralardan.Niyə geri döndüm axı?!Deyəsən dostlarım fikirlərimi qarışdırdı.Hələ kiçik yaşlardan sevirdim kiçik uşaqları.Amma bugün sırf heçkəsi anlamıram deyə evlənmədim.Amma mən də övlad sahibi olmaq istəyirəm.Kiçik bir övladım olsun istəyirəm,rəfiqələrim kimi ana olmaq istəyirəm.Kiçik körpəmin ətriylə yatmaq,onun qığıltısıyla oyanmaq istəyirəm.Onun böyüməsini an an izləmək, onun üçün oyaq qalmaq istəyirəm.Hə mən ana olmaq istəyirəm.Yeni bir nəfəs istəyirəm.Amma sırf uşağım olsun deyə evlənə bilmərəm axı.Bu ki lap özümü aldatmaq oldu.Niyə də olmasıın?!Ətrafımda çox kişi var.Əlbəttə içlərindən biri..Yox, yox Leyla tamamalama cümləni.Onlara həqiqətən inanarsan mı?!Onlar qollarına taxıb o bahalı iş yeməklərinə getməyə qadın axtarırlar.Yeri gələndə adını min yerə yozduqları qadınla gecə xəyallarında yatır,səhər onlarla qalxırlar.Cəmiyyət hələ də eynidir deməli.Hərnəysə uşaq deyirdim.Necə edəcəm ilahi?!Mən ana olmaq istəyirəm.Amma indi evlənəcək biri olsa belə dərhal ana ola bilmərəm.Bezdim bu fikirlərdən.Gedim biraz da bekarlığımın dadını çıxarım.Bekarlıq sultanlıqdır deyirlər.Kim deyirsə də düz deyib vallah.

Özümə təsəlli verməkdə bir nömrəyəm düzünü desəm.O gün bu fikirlərlə kafeyə getdim,qapıya bağlıyıq yazısını asdıqdan sonra hərkəsi çölə çıxardım.Bir çaxır qoydum, biraz da çərəz.Neyniyim biraz içimi boşaldım bu qədəhlərə.Yenə də boş boş fikirlərlə özümü üzürəm.Bir iki qədəhdən sonra sərxoş oldum deyəsən.Bu gələn səs nədir?!O qədər uşaqdan danışdım ki, deyəsən artıq qulağıma da səslər gəlir.Yox, Leyla.Yenə səfehləyirsən.Nə uşağı?!Saat 10 olub artıq.Hələ indi fikir verirəm.Anamgil yenə yəqin aləmi qatıblar ki bu qız hardadı.Böyümürsən ha valideyn gözündə ən çətini də odur.Həmişə səni körpə bilirlər.Bir dəqiqə fikirim qarışdı.Kimdi bu görəsən?!Bu balaca qız səsidir.

-Olar mənə bir tikə çörək verəsiz?!

-Əlbəttə, olar.

Qız o qədər gözəl idi ki.Allahdan qorxmasam isyan edəcəkdim.Amma üstü başı çirk içindəydi.Gözlərim dolu dolu uşağı qucaqladım biranlıq.Bəli, heç tanımadığım o körpəni.Uşaq bir anlıq ürkdü ama sonra onun da əllər belimə dolandı.Bir iki dəqiqə belə qaldıq.Ana deyildim amma mənim də hisslərim vardı.Qadınlıq hisslərim vardı.Və onlar bu kiçik qızla baş qaldırmışdı.

-Bağışla, incitmədim?

-Yox, ilk dəfədi biri məni belə qucaqlayır.

-Necə yəni?

-Olar çörək verəsiniz?

-Gəl içəridə ye balaca.Əl üzün də çirk içindədi.Onu da yu.

-Yox mən çörəyi özüm üçün istəmirəm

-Bəs kim üçün?

-Olar mənlə gələsiniz?

-Əlbəttə gözlə 

Normalda belə uşaqlardan həmişə kənar gəzərdim.Amma bu uşaq o qədər məsum idi ki, heç hara getdiyimizi də soruşmadım.Bəlkə də.Səfehləmə, Leyla.Kiçik qız neynəcək sənə?

-Hara gedirik bilmək olar?

-Siz məni izləyin deyəcəm.

Balaca bir daxmaya yaxınlaşdıq.

-Bura mənim evimdir.

Gözlərimə inana bilmədim.Bu balaca qız bu evi əski parçalarıyla necə də dəyişdirmişdi.

-Bura necə də gözəldir!

-Həqiqətən?Bunu eşitdiyimə sevindim.

-Bunları necə etmisən?

-Bir dəqiqə gəlirəm.

Gələndə qucağında kiçik bir pişiklə gəldi.Pişiyi elə qayğıyla qucaqlayıb, tüklərini sığallayırdı ki.Deyəsən biz qadınlar elə kiçiklikdən analıq hissləriylə doğuluruq.

-Bu sənindir?

-Yox, evimin qarşısında tapmışam.Bura mənim evimdir.Burda biriylə yaşayıram.Yaxınlıqda dərzi dükanı var.Ordan qalan artıq əksik parçalarla belə etmişik.Qazandığımız pulla yemək alırıq.

-Bunu kimə danışsam absurd bir hadisə kimi yanaşar mənə.

-Bu pişiyi evin yaxınlığında tapdıq.Çox acıydı.Çörəyimiz qalmamışdı.Evə də ən yaxın sizin kafeniz idi.Narahat etdim bağışlayın

-Olar səni qucaqlayın?

Qız gülümsünərək:

-Əlbəttə olar.

-Sizin övladınız var?

-Artıq hə.

-Necə yəni hamiləsiz?

-Yox, olar mı səni və balaca dostunu evimə aparım?

-Axı, bizi tanımırsız.

-Gözlərin bəsdi hərşeyi anlatmağa.Bu məsumluq saxta ola bilməz.

Bir neçə həftə sonra öz balaca pişikləriylə kafemə gəldilər.Evə aparıb yedizdirdim.Əlbəttə anamgil çox qarşı çıxdı.Amma öz övladım olmasa belə analıq duyğularım icazə vermədi onları orda qoymağa.Həm də belə gözəl iki qızı.İndi xatırlayanda hələ də gözlərim dolur.O balaca qızı bəlkə də Allah göndərmişdi mənə.Sonradan öyrəndim ki, anası onları atıb gedib.Onlarsa yetimxanadan qaçıb, burda yaşıyırlarmış.Kiçik qəhrəmanlar məni də xilas etdi bu yoxluqdan.


... dəfə oxunub
Qiymət: 1/10(8 səs)
[qiymət ver ]
Şərh yaz
3+12=
Hesaba giriş
Müəllif

cəmilə
Haqqında
birgün ölüb gedəcəm deyə.məndən geriyə birşeylər qalsın deyə.
Əlaqə
E-mail:
cemile9480@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0274 saniye