Kiçilənlər -Təbriz Əli
Insan deyib sayılanlar,seçilənlər
Şadlığında xalça kimi bu dünyaya bükülənlər,
Pis günündə dünyasına yalan deyib önsözündə
kiçilənlər,
Öz qarnını tox görüb yalnız bunla yetinənlər,
Maşınıyla,sərvətiylə,tikdirdiyi 4 mərtəbə villası ilə
öyünənlər,
Tülkü kimi öz qarğasın hər budaqdan diləyənlər,
Şikarından payın alıb dondan-dona bürünənlər,
Sağlığında öz kimliğin itirənlər,
Pul kimdədir,ləl kimdədir,bilən kimi
Öz yelkənin o tərəfə qaldıranlar.
Özlərini adam bilib qalstuku bir şan bilib,
Kresloya barınanlar,
“Alim” kimi tanınanlar,
Şəxsiyyəti kağız üstə yaşayanlar.
Kasıbları kor bilib,mikroskoptək
Öz gözündə yalnız pullar görünənlər,
Əqlindəki zəncirlərin açarların rütbə,şöhrət yollarında
axtaranlar,
Ömrü boyu başqasının ayağından sallananlar,
Insan kimi yarananlar,