Kim bilir, bəlkə sabah övladınız dünyaşöhrətli ədəbiyyat xadimi olacaq?
Rüzgar Mövsüm tərəfindən "Digər yazılar" bolməsinə 23:46 12 avqust 2014 tarixində əlavə olunmuşdur

8 yaşım var idi, “Beşmərtəbənin altı” deyilən yerdən uzaq olmayan məhəllələrin birində yaşayırdıq. Dərs eləməyi çox sevməsəm də, valideyinlərimin evdəki kitabxanasında qurdalanmağı çox sevirdim. 6 yaşım olanda bibim mənə kiril əlfibası ilə yazıb, oxumağı öyrədmişdi və mənə KOROĞLU kitabını hədiyyə vermişdi. 6 yaşlı, təxəyyül və təsəvvürü  kifayət qədər yetişməmiş mən, bütün günü bibimin dalınca düşərək ondan bir sıra sözün mənasını və çalarlarını soruşurdum, bibim isə heç vaxt məni cavabsız qoymurdu. Kitabla ilk tanışlığımdan sonra evdəki kitabxanadan dünyaşöhrətli İngilis yazıçısı Çarlz Dikkensin Oliver  Tvsitin macəraları kitabını tapdım və qısa zamanda onu oxudum. 1 il sonra 1 ci sinifə getməyə başladım və tamamilə pərt oldum, öyrəndiyim kiril əlifbası artıq təhsil sistemindən çıxarılmışdı  və biz artıq latin qarafikası deyilən öz əlifbamıza, Azərbaycan əlifbasına keçmişdik. Müəllim soruşdu ki, kim yazmaq bilir, mən də əlimi qaldırıb, yazı taxtasına çıxdım. Bir iki kəlmə yazdıqdan sonra müəllim məni otuzdurdu yerimə ki, ay uşaq, bu artıq köhnə əlifbadır, işləmir. 2 Sinifin sonunda artıq Cek Londonun demək olar ki, bütün kitablarını oxuyub qurtarmışdım və artıq “Böyük  Sovet ensiklopediyasına” girişməyə başlamışdım. "Ata bu kimdir? Bu nədir? Bu harada olub? Bu neçənci ildə olub? və s. kimi suallarla bütün günü atamın (Əslində anamın da, amma ən çox atamın, çünki atam dünya ədəbiyyatını anamdan bir az çox mütaliə etmişdi) başqulağını aparırdım, atam isə, atam isə bütün suallarıma cavab verirdi, bir dəfə də olsun suallarımı cavabsız buraxıb, " bəsdir, sonra, eee" kimi ifadələrlə məni başından etmirdi. 1994 cü ilin qışında uşaqlar məni həyətə qartopu oynamağa çağırdılar. O vaxt Stefan Sveyqin “Qorxu” əsərini oxumağa başlamışdım və uşaqlarla oynamağa çıxmadım. Artıq kitab eşqi məndə günü gündən artırdı, zehnimi, beynimi, əqidəmi tumarlayırdı və mən günü gündən dəyişirdim, 6, 7 yaşlarında kiçik hekayələr və şeirlər yazırdım. 28 yaşınadək bir sıra qəzet və jurnalda fəaliyyət göstərmişəm, internet səhifələrində çap olunmuşam, 2005 ci ildə, Azərbaycan Jurnalistlər Birliyinə üzv olanda sevincimin həddi-hüdüdü yox idi. Sonralar bloqlar və yenə saytlar, jurnallar və qəzetlər. Bügünki gündə də kitab oxumağı atmamışam, daima mütaliə edərək dilimi, fantaziyalarımı, yazmaq qabiliyyətimi daha da yaxşılaşdırmaq istəyirəm, kitablarda yazılan hadisələri, qəhrəmanların həyatlarını dərs kimi öyrənib nəticələri özüm özümlə müzakirə edirəm, bəzən hətta öz özümlə az qala savaşıram da. Kitab aləmi, yazı aləmi də bir lənətdir, bir bəladır. Amma yaxşı bəla, amma tərbiyə verən bəla, amma adamı dəyişən, cahillikdən humanistliyə  aparan bəla. Dünən avtobusda gedəndə bir uşaq anasına hər dəqiqə nəsə sual verirdi, anası isə bütün suallarını “iqnora qoyaraq”,  "kəs səsini, bezdim, mumla" kimi ifadələrlə uşağın sözünü ağzında qoyurdu. Yadıma atam və anam düşdü, onların mənə saatlarla danışdıqları romanlar, esselər və digər əsərlər düşdü. Anladım ki, mən nə qədər istedadlı olsaydım belə, atam və anam, bibim mənə kitab sevdirməsəydi, yazmaq sevdirməsəydi, tonlarla suallarıma vaxtı-vaxtında vavab verməsəydi, kim bilir indi mən kim idim, harada idim və nə cahil əməllərlə məşqul idim, dünya-aləm vecimə deyildi. Sözüm odur ki, analar və atalar (Əslində babalar da, nənələr də, əmi də dayı da və s. amma, əsas ana və ata) öz övladlarına qarşı nə qədər biganə olurlarsa həmin övladların psixikasında sabah bu mütləq öz əksini tapır, övladın bir şeyə olan marağına soyqırım törədir, onları diri-diri gömür. Övladlarınızın gələcəkdə əsl insan olma haqqlarını pozmayın, övladlarınızın vətəndaşlıq haqqlarını, humanist olma imkanlarını etinasızlıqla tələf etməyin. Kim bilir, bəlkə sabah övladınız dünyaşöhrətli ədəbiyyat xadimi olacaq


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
7+7=
Hesaba giriş
Müəllif

Rüzgar Mövsüm
Haqqında
Azərbaycan Jurnalistlər Birliyinin üzvü.
Əlaqə
E-mail:
ruzgar.movsum1985@gmail.com
Sosial şəbəkə:
Facebook
Twitter
YouTube-da izlə
Facebook
0.0231 saniye