Kim bilir
Ceyhun Məmmədov tərəfindən "Şeir" bolməsinə 21:17 25 sentyabr 2015 tarixində əlavə olunmuşdur

Kitablardaki kimi deyil həyat, 
Unut dostum unut bu dünyanı.
Kimlər gəldi, kimlər gedir
Görəsən necədir vəziyyət gedənlərdə.
Həyat bəlkədə bizim gördüyümüz bir yalan, kim bilir
Təsadüfləri sevənlər üçün, sadəcə bir-iki gülümsəmə bəsdir.
Yorulduğumuzda ölə bilmirik, onda yorulmamalıyıq
Çünki, həyatın yorğunluğu ölümdən betər.
Ağlamaq yaxşıdır, ağla dostum ağla
Bax, buludlarda ağlayır,
Həmin zaman düşün ki, dünya parçalanır insan əlindən.
Səninlə danışıb, gülməyimə baxma
Kim bilir, bəlkə də biz şizofren rolundayıq...


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
5+35=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0279 saniye