Kim çəksə cəfa, dərdini pünhan çəkəcəkdir,
Olduqca çətin,müşkülü asan çəkəcəkdir.
****
Əqlin itirər gər ola aşiq,bu səbəbdən
Qan ağlayacaq,gözləri giryan,çəkəcəkdir.
***
Aşiqlərə yaddır,eləməz eşqə xəyanət,
Çün etsə xəyanət,özü hicran çəkəcəkdir.
***
Yoxdur desələr çarəsi eşqin betərin var,
Dərdin eləyib dərdinə dərman,çəkəcəkdir.
***
Mən incimənəm,kim mənə tən eyləsə,Mövlud,
Bəxtim yazılıb,olcağı ol can çəkəcəkdir.
2.06.2015.Zərdabi.Mövlud Ağamməd.