KİM MƏNİM DƏRDİM BİLİB DƏRDİM ÜÇÜN DƏRMAN TAPAR....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 14:17 09 fevral 2015 tarixində əlavə olunmuşdur

KİM MƏNİM DƏRDİM BİLİB DƏRDİM ÜÇÜN DƏRMAN TAPAR.... 

Kim mənim dərdim bilib dərdim üçün dərman tapar,
Saxlayıb qəlbində dağım bir ömür hicran tapar.
***
İnciyib getmiş yarım,məndən səbəb sormaq ilə
Mən günahsız aşiqin fəryadına fərman tapar.
***
Çəkməsin gül dərdini kim,naləsi qəlb dağlayır,
Bəlkə bundan artığın çəkmək ilən əfğan tapar.
***
Dözməyən aşiq deyil,gər naz edən dildar ola,
Nazü-qəmzən cani-dildən olsa ol güman tapar.
****
Mən çəkən dərdlər olub dərdin özündən də betər,
Mövludun dərd çəkməyindən nəhrilər ümman tapar.

17.09.2014.Zərdabi.Mövlud Ağamməd.


... dəfə oxunub
Qiymət: 10/10(2 səs)
[qiymət ver ]
Şərh yaz
5+30=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.0347 saniye