Diləyim var, küsülülər danışsın,
İki ürək qaynayıban qarışsın.
Mən istədim, ulduzumuz barışsın,
Çiçək kimi ömrü solan kim ola?
Xəyal ilə yaşamaq da ümiddir,
Sonda ölən göz işığı sönübdü.
Ümidlərin qapıları kiliddi,
Bağlı qapı açan olan kim ola?
Mövlud, səni əzən yollar yoldusa,
Aramızda qalsın hər nə oldusa.
Qəm ləşkəri ürəklərə doldusa,
Qəlbi yanan qəlbə dolan kim ola?
15.01.2015 / Zərdabi
Mövlud Ağamməd