Kim versə mənə dərd, edəcək dərdimə dərman....
Mövlud Ağamməd tərəfindən "Şeir" bolməsinə 12:59 02 noyabr 2015 tarixində əlavə olunmuşdur

Kim versə mənə dərd,edəcək dərdimə dərman,
Bir çarə tapılmazsa,verər qətlimə fərman.

Hər türfə gözəllər deməsinlər mənə aşiq,
Aşiq olanın günləri həm ah ilə əfğan.

Çoxdan tükənib zülfü pərişanlara eşqim,
Çün əhdinə sadiq qala bilməz,ola peyman.

Kimlər olacaqlarsa mənim sevgimə layiq,
Lazım gələ etsin mənə öz canını qurban.

Bezdirmədi,Mövlud,səni çəksən də,cəfalar,
Kim bezdisə ondan ola bilməz adı pünhan.

5.02.2015 / Zərdabi
Mövlud Ağamməd


... dəfə oxunub
Qiymət: 10/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
10+23=
Hesaba giriş
Müəllif

Mövlud Ağamməd
Haqqında
Ali təhsillidir.BDU-nun filologiya fakültəsini bitirmişdir.İxtisası üzrə müəllim işləyir.
Əlaqə
E-mail:
movlud.aqammed@mail.ru
Sosial şəbəkə:
YouTube-da izlə
Facebook
0.054 saniye