...kimdədir günah ?
Metexan Qaraişıq tərəfindən "Şeir" bolməsinə 02:47 16 dekabr 2013 tarixində əlavə olunmuşdur

...kimdədir günah ?

İnsanlar bir-birinə qarşı soyuqsa,
Lazımsız kəslərə hörmət qoyursa,
12 yaşlı uşaq dükan soyursa,
De mənə bu yerdə kimdədir günah ?


Şəhərli kəndliyə yuxarıdan baxır,
Satıcı müştəriyə xarab mal satır,
Müəllim maaşı kontura çatır,
De mənə bu yerdə kimdədir günah ?


Cavanların iş-gücü siqaret,qumar
Son anda onları gözləyir məzar
Əsgər ölür , nakam qalır analar
De mənə bu yerdə kimdədir günah ?


Şərəfsizlər aldı şərəf ordeni ,
Zəmanəmiz bu cür alçalıb yəni
Ziyalı borc alıb,verir kirayəni
Yaşamaq çətinsə,kimdədir günah ?


"Əəə bir-bir" söylədi "təmkinli xaqan"
Metrolarda kitab oldu qadağan,
Bu millətə lazım sarımsaq,soğan
Kitaba yoxsa hörmət, kimdədri günah ?


Bu xalqa gəldilər bolluca kələk 
Sən yerində sayırsan,nə deyir fələk?
Əkrəm Əylislini sovurdu külək ?
Millət avamdırsa, kimdədir günah ?


Benzinin qiyməti oldu 1 manat,
Guya ki gəldilər xalqa qol-qanad
Ey xalqım yat hələ,olma narahat ,
Oyananda söylə: Məndədir günah !

11.12.2013 (c)


... dəfə oxunub
Qiymət: 9/10(13 səs)
[qiymət ver ]
Şərh yaz
7+29=
Hesaba giriş
Müəllif

Metexan Qaraişıq
Haqqında
" Yaxınlaş güzgüyə, dostum. Görürsən? Sənin qarşında duran o insan bu dünyada etibar edəcəyin yeganə insandı. "

© Joker
Əlaqə
E-mail:
mehi_282@box.az
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0213 saniye