İllərdir ki, sakit həyat tərzini sürdürürdü. Yüksələn karyerası, xoşbəxt ailə tablosu. Günlərin birində elektron ünvanına gələn məktub onun bütün varlığını titrətdi.
Bir dostu vardı. Universitetdə hər kəs onların dostluğuna qibtə edirdi. Son kursda dostunun anasının müalicəsi üçün oğurluq etməsi xəbərindən utandı. Bir dəfə də olsun nə dostunun yanına getdi, nə də xəstə qadının. Hamıya qadağan etdi bu haqda bircə kəlmə danışmağa...
Unutduğunu sanmışdı. Amma sən demə yanılmışdı. 15 illik həbs müddəti bitmişdi artıq. Və dostu onunla görüşmək istəyirdi...