O bir canlıdır.Nəfəs alır...Sənin kimi və mənim kimi..Bəzən susaraq səssizliyin qulağına pıçıldadıqlarına qulaq asır..Bəzən də dəli kimi yolun ortasında dayanıb qışqırır.Sonra bir maşının qulaqları batıran siqnal səsi və ya ona söyən bir kişi onu dünyasına qaytarır.Bəzən yanından səssizcə ötüb keçir.Dağılmış saçlarını daha dağıdan bir külək olur bəzən..Bəzənsə,Günəş şüası kimi gözünü qamaşdırır.Bəs kimdir o? Ya da nə?Yox!Hələ onun kim, ya da nə olduğunu demək tezdir.Qoy bir az da danışım onun haqqında..
Elə bilirsiniz mən onu görmüşəm?!Yox!Sadəcə beynimin.eeh,xəyallarımın məhsuludur.Başqa sözlə Made in Xəyallarım..Amma bilirəm ki,o var.Hətta buna əminəm.Hərdən mən onu axtarıram.Onu eşitmək üçün bütün dünyaya qapıları bağlayıram.Yəqin sənə də arada belə olur.Bəzən qaranlıq bir otaqda onu gözləyirəm.Hərdənsə onun kimi qışqırıram.Yox!Heç də onun kimi qayıtmıram Dünyama.Mənə cavab verənin o yox,səssizlik olduğunu başa düşməyim uzun çəkmir..
Nəhayət!Tapın görün bir gün nə oldu!!Bir gün yenə tənhalıqla söhbət edirdim.Gəldi və içəri girdi.Qışqıra-qışqıra danışmağa başladı:
-Sən və bütün insanlar!Sizlər bir dəfə də olsun məni eşitməyə nə vaxt tapırsız,nə də bir az olsun cəsarət.Işiniz ya tənhalığı qonaq çağırmaq ya da,ya da ki...eeh..Kimə danışıram...
Sonra da gəldiyi kimi çıxıb getdi.Hə.o gələn kimi tənhalıq da aradan çıxmışdı.Məni düşünməyə vadar edə bildi?Hə,buna nail oldu.Amma nizamsız,sistemsiz..
Səhəri onu çağırdım..Bilirdim cavab verməyəcək..Amma yenə də çağırdım.Onu dilə tutmaq üçün əlimdən gələni edirdim.Bəzəkli düzəkli sözlərdən cümlələr qururdum..Yox,belə olmaz!Ona həqiqəti qışqırdım:
-Səndən üzr istəyirəm.Səni eşitməyə hazıram.Qulaq as!Mənim qəlbimdə sevgi var.Amma suallarım da var..cavaba ehtiyacı olan..Qəlbim ümidlərə acdır.Qəlbimdə İnanc bayrağı var.Qəlbim laldı. Səsini itirib..Nəhayət o cavab verdi.Geri qayıtdı.Düzdür həmişə ona qulaq asmıram.Amma mənə təsir edə bilir.
Hə,bayaqdan ürəyimin səsi haqqında danışırdım..Nolar.Gəlin arada ona da qulaq asaq..Lal bir qəlblə kar olmaq arasında nə fərq var ki. ?!..