Kimi qınayım
Telman Ümman Tircanli tərəfindən "Şeir" bolməsinə 19:58 22 oktyabr 2015 tarixində əlavə olunmuşdur

Mən səni qəlbimin həmdəmi bildim,

Sən sevə bilmədin mən sevən qədər.

Mənim xəyallarım qaldı xəyaltək,

Zamanı ötürdüm boşuna - hədər.

 

Mən səni qınayım, yoxsa özümü?

Bilmirəm günahkar mənəm, sənmisən?

Mən ola bilmədim Məcnun misallı,

Sən özün Leylaya oxşar, tənmisən?

 

Bu sevgi qönçəykən qaldı yarımçıq,

Ətrini duymadıq, nə sən , nə də mən.

Bir uşaq oyunu - əyləncə kimi

Oynadıq, yorulduq, bitirdik həmən.

 

Çox əfsus çoxalıb - artıbdı bu gün

Sevgini oyuncaq, oyun bilənlər.

Tükənib qəlblərin odu - alovu,

Qəhətdi gözlərin nəmin silənlər.

 

Gözləri həsrətli, nəmli qoymayın,

Ümmandan sizlərə tövsiyyə olsun.

Yaradın elə bir sevgi dastanı,

Yazılsın tarixə, əbədi qalsın.


... dəfə oxunub
Qiymət: 10/10(994 səs)
[qiymət ver ]
Şərh yaz
7+13=
Hesaba giriş
Müəllif

Telman Ümman Tircanli
Haqqında
AJB-nin üzvü, şair - publisist, "Alabəzək dünya", "Sənə sözüm var", "Qızıl xəzinə", "Ünvanı bəlli sevgi", "Sözün zirvəsinə doğru", "Bir gün görüşərik", "Kaş yanımda olaydın" kitablarının, onlarla məqalə müəllifi, 30-dan çox kitabın redaktorudur
Əlaqə
E-mail:
telman.ramazanov.57@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0313 saniye