Bir yar sevdim, qaşı qara,
Kirpikləri müjgan kimi.
Baxır gözü mavi-mavi,
Elə bil nar (1) yanan kimi.
Baxır gözləri məğruri,
Bilməm mələkmi, ya huri?
İsrafil çalanda suri
Tapmayacam yar sən kimi.
Heyranam mavi gözünə,
Necə deyim mən özünə?
Getsəm əgər göy üzünə,
Gələrəm O enən kimi (2).
Mən də sevdim bir gözəl yar,
Yaxşı ki, çıxmayıb əğyar.
Deyəmmədim, tutdum qubar,
Qopdu qubar deyən kimi.
Deyəmmədim “sevirəm, yar”,
Xəncər götür qəlbimi yar.
Tanrı olsun Raminə yar
Tur Musayə olan kimi.
(1) nar - od
(2) Hz. Mehdiyə işarədir.