Kimlər oldu?
Nə deyiblər,qaçan namərd,
Mərdi qovan kimlər oldu?
Məcnun kimi bir aşiqi,
Dərdə salan kimlər oldu?
***
Dağlar dağa söykənibdir,
Ələyimiz ələnibdir.
Qundağımız bələnibdir,
Layla çalan kimlər oldu?
***
Dərd yüklənir dərd üstünə,
Yay soyuqdur,qış isti,nə?
İşlər gedir hey tərsinə
Doğru,yalan kimlər oldu?
***
Bu dünyanın üzü sərtdi;
Əcəl yetdi,ömür bitdi.
Gələn gəldi,gedən getdi,
Geri qalan kimlər oldu?
***
Arzularım getdi bada,
Nəyim qaldı ki dünyada?
Siz də deyin bu Mövluda
Qəlbi talan kimlər oldu?
26.04.2013.Zərdabi.(Mövlud Ağamməd)