Kimləri itirdik qoca dünyada
Tural Rəhmanlı tərəfindən "Şeir" bolməsinə 01:14 23 iyul 2017 tarixində əlavə olunmuşdur

Kimləri itirdik qoca dünyada,
Ən yaxın olanlar tərk etdi bizi
Onlar atlı oldu həyat piyada
Qəlblərdə yaşadaq öz sevgimizi

Həyatın qanunu beləymiş məyər
Gül açan hər çiçək bir zaman solur
Kiməsə versək də biz hədsiz dəyər
Gün gəlir, o gedir, gözümüz dolur

Ürəklər bürünür atəşə, oda
Gözlərin yaşları çevrilir selə
O kəsi yenidən saldıqca yada
İnsan çaşıb qalır ağlaya, gülə?

Təkcə təsəllimiz xatirələrdi,
Köhnə şəkilləri çıxarıb üzə
Bir anlıq unudub çəkdiymiz dərdi
Yenidən başlayırıq hekayəmizə

Yenə də o həyət, yenə də o bağ
Ozümüzü bir anlıq aldadırıq biz
Yenə həmən simavar, həmən o ocaq
Yatmış xatirələri oyadırıq biz

Yenə ocaq başında deyib gülürük
Göz önündə canlanır ötüb keçənlər
Bu bir həyat dərsidi hamımız olürük
Tez gələni çox olur, yox gecikənlər.

16.09.2016

Müəllif: Tural Rəhmanlı


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
9+2=
Hesaba giriş
YouTube-da izlə
Facebook
0.0202 saniye