Kisen
Nigar Şahsuvarova tərəfindən "Maraqlı məlumatlar" bolməsinə 12:02 19 noyabr 2015 tarixində əlavə olunmuşdur

Kisen (kisaeng), bəzən də kinyo (기녀) deyə oxunulur, qadın koreyalı əyləndiricilərdir. Kralları və əsilzadələri əyləndirmək üçün çalışırdılar.

İlk dəfə Koryö krallığı dövründə ortaya çıxan kisenlərin qanuni olaraq çalışma haqları vardı. Dövlətin müxtəlif işlərini yerinə yetirmək üçün vəzifələndirilmişdilər. Bəziləri məhkəmə tərəfindən məşğul edildi, amma çoxu ölkə miqyasına yayıldı. Diqqətlə tərbiyələndirildilər, gözəl sənətlərdə tez-tez müvəffəqiyyət göstərdilər, nəzm və nəsr növlərində məlumat sahibi oldular, amma bu qabiliyyətlərinə baxmayaraq alt sinifdən gəldikləri icin gözardı edildilər.

Zadəganların gözündə alt təbəqədən olmalarına baxmayaraq kisen sinfində müxtəlif rollarda iştirak etdilər. Əyləncənin yanında bu rollar tibbi iynə və dərmanlarla əlaqədar idi.

Kisenlər Coson krallığı dövründə Koreyanın mədəni vəziyyətlərində tarixi rolları ifa etmişdilər. Bəzi köhnə və yayılmış hekayələrə görə Çhunhyanın hekayələrinin qəhrəmanlarını kisenlər təşkil edirdilər. Çox kisenin əsl adı unudulmuş olsa da, qabiliyyətləri və sədaqətləri ilə xatırlanırlar. Bunlardan ən tanınmışı 16-cı əsrdə yaşamış olan Hvan Cin İdir.

 

Sosial Yer

Koryö və Coson dövrlərində alt təbəqədə qalmışdılar. Bu vəziyyət irsi olduğu icin kisenlərin uşaqları da eyni situasiyada idilər və onlar da bir kisen olaraq doğulurdular. Koryö dövründə dövlət bölgədəki kisenləri qeydiyyatdan keçirtdi. Eynı tətbiq hərbi kölələr üçün də keçərli idi. Situasiyalarında azadlıq ancaq ya bir zəngin şəxs, ya da yüksək rütbəli bir məmur tərəfindən verilə bilərdi.

Bir çox kisen şeir mövzusunda olduqca qabiliyyətli idilər və çox şeirləri günümüzə qədər çatdırmağı bacarıblar. Şeirləri, ümumiyyətlə, ürək qırıqlıqları, ayrılıq, sürgün mövzularını əhatə etməkdədir. Bundan əlavə olaraq, bəzi məşhur kisenlərin şeirlər mövzusu gecəni birlikdə keçirməkdən ötrü tanınmış kəslər üçün xüsusi olaraq yazılan şeirlərdəndir.

Kisenlərdən yerli dövlət ofisində çalışanlar gven-gu olaraq bilinirdi. Və bu kisenlər içində ayrı-ayrı sıralanma təşkil edilirdi. Situasiyaları ofisdə çalışan digər kölələrdən fərqli idi. Kisenlər hər nə qədər kölələrdən üstün bir statuslu olsalar belə onlarla eyni təbəqədən qəbul edilirdilər.

Koreyanın iyerarxiyada cəmiyyət quruluşunun təməlində kisenlərin təşkili mühüm rol oynamaqdadır. Buna görə onlardan alt sinifi meydana gətirən aristokrat zehinlər deyə də bəhs edilir.

 

Karyera

Kisenlərin iş həyatları olduqca qısadır. Ümumilikdə 16-17 yaşlarında zirvəyə yetişirdilər. Karyeraları 22 yaşına doğru bitərdi. Sadəcə bir neçə kisen iş həyatlarını uzatmağı bacarmışdı. Bu səbəblə kisen olmanın ən erkən yaşı 8-dir.Bütün kisenlər bir dəfəlik 50 yaşında təqaüdçü olmaq üçün çətinlik çəkirdilər. Kisenlər üçün ən yaxşı iş üsulu zəngin bir müdirin özlərinə dəstəkçi olması idi.

 

Kisen olmaq

Kisen olmaq istəyən qadınlar əvvəlcə bir sinifə girirdilər. Kisenlərin qızları olan şəxslər üçün kisenlik analarından qalma bir miras idi. Digər kisenlər ailələri tərəfindən daha çox baxıla bilmədikləri üçün kisen olmağı seçmişdilər. Amma bəzi yüksək statuslu ailələr uşaqlarını alt sinifdən insanlara sataraq kisen olmalarına yol açmışdılar.

Kisenlərin təhsili başladığından hökümət tərəfindən öyrədilməsi üçün lazımlı əməliyyatlara başlanılırdı. Koryö dövründə kisenlər üçün saray içində bir təhsil sinifi təşkil olunmuşdu. Coson dövründə bu daha da irəlilənmişdi. Özəlliklə rəqs və musiqi təhsili inkişaf etdirilmişdi.

Cosonun üç laylı sistem dövründə birinci addımda kisenlər üçün xüsusi təhsilli məktəblər qurulmuşdu. Bu təlim 3 il sürərək şeir, musiqi, sənət sahəsində təhsil vermişdi. Bu sahə üzrə ən inkişaf etmiş məktəb Pxenyanda idi. Bu sistem Militarist Yaponiyanın müstəmləkə dövrünə qədər davam etmişdi.


... dəfə oxunub
Qiymət verilməyib...
[qiymət ver ]
Şərh yaz
2+32=
Hesaba giriş
Müəllif

Nigar Şahsuvarova
Haqqında
Yazar, kitabsevər, kinoman.
Əlaqə
E-mail:
nigarshah92@mail.ru
Sosial şəbəkə:
Facebook
Ordenlər
Cəlil Məmmədquluzadə Ordeni
YouTube-da izlə
Facebook
0.033 saniye