Kişi gedişi...
Aysel Abdullazadə tərəfindən "Esse" bolməsinə 20:09 10 may 2017 tarixində əlavə olunmuşdur

Çoxmu üzülər, çoxmu qırılar ürəyi?! Getmək istəyirsə, anidənmi gedər, çoxmu soyuqqanlı davranar?

Bir kişi hisslərini içində yaşayar, bir yük kimi omuzlarında daşıyar bu ağırlığı. Məsələn, darıxarsa, bunu bir qadının zəng açıb: "görüşək, sənin üçün darıxmışam" deməyi kimi yaşamaz, yalnızlıq qoxusu hopmuş mətbəxindən bir çay süzər, tənhalıq havalı eyvanında bir siqaret yandırar. Və bununla bir qadın özləmi qalxar göyə kişi dodaqların arasından. Bu özləm onu içindən yeyər, bitirər bir ağacı gövdəsindən yeyən qurd misalı... Bir kişi sevirsə, bunu çığlıqlarla anlatmaz sevdiyinə. Səssizca yaşayar, gurultulu sevgisini içində boğar. Məsələn, qadınına möhkəmcə sarılar və qoxusunu ciyərlərinə çəkər. Bu, onun ən möhtəşəm yüksəklikdəki sevgisinin bəlirtisi olar. O sarılışda o an şəhvət deyil, cəsarət hiss edər. Bir qadını sevməyin cəsarətini yaşayar. Bir kişi aşiq olduğu qadına tutqu ilə bağlanar, Tutqu olmazsa, aşiq deyilsən deməkdir. Tutqu, bir kişinin qadına yaşatdığı sevgidən daha ötə bir şeydir. Sıxlıqdı, onunla bağlılıqdı və tapınmaqdı...

Sevgi nə qədər tutquludursa, onun gedişi də o qədər böyük olar. Bir kişi getmək istəyərsə, danışmadan, müzakirə etmədən, sorğulamadan gedər. "Getmək istəyirəm" cümləsini belə söyləmədən gedər. Yaşadığı evdən, sənli günlərdən və sənə olan tutqusundan gedər. Anidən... Bir kişi gedirsə, anlatmanın, izahların mənası olmaz, bir kişi gedişindəki addım səsi onun ürəyinin ritmi ilə eynilik yaradar. Bir kişi gedən zaman tutqusunu götürər özü ilə, bir də siqaretini. Sevgisini qadınına buraxar, eşqinə, ona həyan olmaq üçün burada qal deyər. Bir kişi tutqusu ilə getdiyi zaman əsla geri dönməz, bir kişi gedirsə, səssizcə yol açın, sevginizlə qalın...

 

Aysel Abdullazadə 05.03.2017


... dəfə oxunub
Qiymət: 1/10(1 səs)
[qiymət ver ]
Şərh yaz
3+8=
Hesaba giriş
Müəllif

Aysel Abdullazadə
Haqqında
Filoloq-Yazar -Ssenarist. Müəllifi olduğu ssenariyə "Qara Ləkə" adlı film çəkilişi davam edir. Azərbaycan və Türkiyə mətbu orqanlarında mütəmadi çap olunur, @maviidergi ilə əməkdaşlıq edir. Bir kitab yazarıdır, ikinci kitabı Türkiyədə çapa hazırlanır. Türkiyədə yaşayır, ailəlidir, bir qız övladı var. ayselabdullazade.blogspot.com blog yazarı
Əlaqə
E-mail:
abdullazade.90@mail.ru
Sosial şəbəkə:
Facebook
YouTube-da izlə
Facebook
0.0351 saniye